vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
12:52 | 20 aprel 2015 | Bazar ertəsi Məqaləyə 3104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lastenin sonuncu dayanacağı

Norveç təyyarəsini təcili Bakıya «endirən» danimarkalı öldü

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, ötən gün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin məcburi eniş etməsinə səbəb bir sərnişinin halının pisləşməsi olub.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin publika.az-a verdiyi məlumata görə, Danimarka vətəndaşı - 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib: «O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb».

A.Qədirli bildirib ki, o, xəstəxanaya aparılanda qızı da yanında olub. Hazırda xəstəxananın morqunda saxlanılan meyitin ölkəsinə qaytarılması istiqamətində iş aparılır.

***

11:16

Ötən gün Norveç aviaşirkətinə məxsus Banqok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

Bu barədə APA-ya «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib. M. Səfərlinin sözlərinə görə, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub.

«Təyyarədə olan bir sərnişinin vəziyyəti kəskin pisləşdiyindən təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və təcili olaraq həmin xətdə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və onunla yanaşı digər sərnişin reysdən çıxarılıb», - deyə M. Səfərli bildirib.

Xidmət rəisi əlavə edib ki, vəziyyəti pisləşən sərnişinlər 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdiriliblər.

Onun sözlərinə görə, məcburi eniş edən təyyarəyə AZAL tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhangen istiqamətinə uçuşa başlayıb.