ABB «Xəzər Adaları»na əl qoyub?!
«Hər yerdə danışırlar və yuxarılara yazırlar ki, «Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır»
Murad MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – II YAZI
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – I YAZI
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
-
«Moody’s» ABB-nin reytinqlərini yüksəldib
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
-
Samir Şərifov «portfelsiz nazir»ə çevrilir
ABB vasitəsilə milyardlarla dolların mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana...
«Cahangir Hacıyev işi»ndə «Xəzər adaları» layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin də adı çəkilir. Məlumatlara görə, Cahangir Hacıyevin zamanında Azərbaycan Beynəlxalq Bankı «Xəzər adaları» layihəsinə 850 milyon dollar kredit ayırıb.
Lakin bir müddət əvvəl Hacı İbrahim Nehrəmli redaktorlarla görüşündə bildirmişdi ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb. Sitat:
«Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə, «Xəzər adaları» layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir».
İbrahim Nehrəmli əlavə etmişdi ki, faizləri ilə birlikdə Beynəlxalq Banka borcu 70 milyon dollardır. Lakin «Marja»nın məlumatına görə, həmin vaxt Hacı İbrahim nədənsə diqqətlərdən yayınan sensasiyalı məlumatlar da açıqlayıbmış. O, deyibmiş ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb:
«Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: «Binaları başqa banklara girov qoya bilərəm?», deyir «yox». Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir «Bəli». Deyirəm, «cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, «yox, daha mənim pulum yoxdur». Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, «onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan».
İş adamı sözlərinə belə davam etmişdi: «Hacı İbrahim pul alıb ödəməyib. Belə bir şey ola bilməz. Cəmi 57 milyon dollar kredit almışam. Bütün yerdə danışırlar və yuxarılara yazırlar ki, «Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır». Bir dayanın və bu şəhərin qapısından içəri girin, görün mən pulları dağıtmışam, yoxsa bura yatırmışam?!».
Hacı İbrahim daha sonra bildiribmiş ki, Beynəlxalq Bank 8%-lə ayırdığı krediti devalvasiyadan sonra 12%-lə geri istəyir:
«Mən Beynəlxalq Bankdan 8%-lə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12%-lə ödəyim. Əgər gecikdirsəm 18%-lə ödəyəcəm. 18%-lə də kredit olar? 18%-lə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə, faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım».
Maraqlıdır, Hacı İbrahim Beynəlxalq Bank qarşısında öhdəliyinə sadiqdirsə, yeni rəhbərlik ondan pulunu niyə geri istəyir? Həqiqətənmi məbləğ 57 milyon dollardır?
Çox böyük ehtimalla, məbləğ böyükdür və Hacı İbrahim öhdəliklərinə əməl edə bilmir. Hətta istisna deyil ki, «Xəzər adaları»nda indiyədək görülmüş işlərin böyük hissəsi məhz Beynəlxalq Bankın kreditləri hesabına görülüb. Lakin Hacı İbrahim alıcı tapa bilmədiyindən müqavilə öhdəliklərini yerinə yetirə bilməyib və bank onun binalarını girov götürüb. Bu isə əslində bütov layihəni girov götürmək kimi bir şeydir. Nədən ki, gurultulu piar kampaniyasına baxmayaraq, 3-4 ildə Hacı İbrahim cəmi bir neçə bina ucaltmağa nail olmuşdu ki, indi məlum olur ki, onları da Beynəlxalq Bank onun əlindən alır.