ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
19:10 | 27 oktyabr 2017 | Cümə
Məqaləyə 3568 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
Manatın real effektiv məzənnəsinin azalması qeyri-neft ixracının artmasına kömək edir. Bu barədə Maliyyə Sabitliyi Şurasının baş nazir Artur Rasi-zadənin sədrliyi ilə oktyabrın 26-da keçirilən iclasında bəyan edilib. İclasda Maliyyə Sabitliyi Şurasının Katibliyinin hazırladığı hesabat və orta müddətli dövr üçün planlar müzakirə edilib.
Qeyd edilib ki, ölkənin tədiyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, mal və xidmət idxalı üzrə azalma meyilinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərib.
Valyuta bazarında vəziyyət sabitlləşib, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib. «Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38 faizdən çox ucuzlaşıb ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir».
Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım qeydə alınıb.
Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
MSŞ ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə 2016-cı ilin iyulunda prezidentin Fərmanı ilə yaradılıb. Şuranın tərkibinə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, maliyyə qurumlarının rəhbərləri daxildir.
Müstəqil ekspertlər isə öz növbəsində hesab edir ki, ciddi siyasi və iqtisadi islahatlar keçirilmədən orta və uzunmüddətli perspektivdə maliyyə sistemində və iqtisadiyyatda davamlı inkişaf mümkün deyil. İnzibati qərarlarla problemi köklü həll etmək olmaz.