Nazir baş həkimləri dəyişdirdi
Bölgədən paytaxta təyinat var
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
TƏBİB tibb müəssisələrinin laboratoriyalarını yeniləyir
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
-
Üç qurumdan səhiyyə açıqlaması
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
-
Səhiyyə Nazirliyində “zəlzələ”
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
-
«Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib»
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
-
Aralarında qadın və uşaqlar da var
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
-
Psixotrop derman mafiyasına zərbə
Əczaçı həbs edildi, aptek müdiri axtarışa verildi
-
«Müştərilərinin çoxu azyaşlılardır»
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
-
Tibb kursları və aldanan «tibb bacıları»
12 aya necə bilik əldə etmək olar?!
-
İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir
Adil Qeybulla: «Səhiyyə Nazirliyi icbari sığortanın tətbiqini tezləşdirməsə, ...»
-
Cərrahiyyə cavanlaşır
Getdikcə kosmetik əməliyyatlara daha gənc qadınlar müraciət edirlər
-
Sığorta sahəsində ciddi islahatlar gözlənilir
Ekspertlər ilk növbədə şəffaflığın təmin olunmasını və ictimai inamın bərpa edilməsini vacib sayırlar
-
Bakıda təmiz su fırıldağı...
...Və ya qapı-qapı gəzən təhlükə
-
Qida bizi niyə zəhərləyir?
Hətta arı balında da botulizm ola bilər...
-
A (H3N2) nə qədər təhlükəlidir?
Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı
-
Azərbaycanda «elektron resept» dövrü
Səhiyyə sistemində elektron qeydiyyat, rəqəmsal təsvirlər və başqa məlumatlar birləşdiriləcək
-
Çoxlarını əldən salan xəstəlik qrip deyilmiş
Adil Qeybulla deyir ki, bu, yuxarı tənəffüs yollarında parazitlik edən infeksiyadır
Səhiyyə Nazirliyində keçirilən iclasda bəzi tibb müəssisələrinin baş həkimlərinin işi mənfi qiymətləndirilib. Dünən baş tutan iclasda nazir bəzi xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinə qərar verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın mətbuata verdiyi məlumatda Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.
Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.
Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb.