Baku Jazz Center bankrot olub?
Rəhbərlik mərkəzin bağlanma səbəbini təmirə bağlayır
Bakıda Baku Jazz Center mədəniyyət mərkəzi bağlanıb. Oxu.az-a bu barədə «ОК! Azerbaijan» jurnalının baş redaktoru, Yazıçılar Birliyinin üzvü Zəhra Bədəlbəyli bildirib.
Məlumatda deyilir ki, Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə yaradılan mərkəz, layihənin gəlir gətirmədiyi üçün bağlanıb. İnvestisiya problemi var, mərkəzin sahibi investisiya yatıra bilmir.
Mərkəzdə «Baku Jazz Center»in bağlanması barədə məlumatı təsdiqləyərək, qeyd ediblər ki, mərkəz təmir üçün qeyri-müəyyən müddətə bağlanıb.
Qeyd edək ki, Baku Jazz Center 2000-ci ildə yaradılıb və 2015-ci ilə qədər bir çox musiqiçilər üçün start məkanı olub. Mərkəz Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə yaradılmışdı. Mərkəzdə ən yaxşı caz festivalları keçirilib. Bu festivallar hətta Qərbdə də ən səviyyəli festivallar kimi tanınırdı.