vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MUSİQİ  
19:07 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 3883 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlar nə bilir zəngülə nədir?»

Əlibaba Məmmədovdan Larisa Dolinaya cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın «Rossiya 1» telekanalında yayımlanan «Odin v odin» proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovu da qəzəbləndirib.

Publika.az-a açıqlama verən sənətkar  bu sözləri deyib: «Ermənidən heç vaxt sənətkar çıxmayıb, çıxmayacaq da. Onların heç musiqisi də yoxdur, bizdən oğurladıqlarını oxuyurlar. Orda-burda da bizim musiqiləri adlarına çıxmaqla öyünməyə çalışırlar. Rusiyalı müğənninin də onları tərifləməsində qeyri-adi heç nə yoxdur. Həmişə ruslar onları müdafiə edib. Ermənilər o vaxt Bakıda kamança çalmağı bizim sənətkarlardan öyrənirdilər. Hətta bizim muğam ifaçılarına həsəd aparırdılar.  Bizim xanəndələrin başına şabaş tökürdülər. Onlar nə bilir xırdalıq nədir, zəngülə nədir? Halva-halva deməklə ağız şirin olmur e, gərək əlindən bir iş gələ.

Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bütün dünyada Azərbaycan muğamını təbliğ etdi, tanıtdı. Bu gün də muğamatımızın himayədarıdır».