
Günün anti-adamları...
Təbəssümləri də saxtadır
Təbəssümləri də saxtadır
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Ermənistan referendumu 2026-da keçirəcək
Fürsətdən maksimum yararlanmalıyıq
Ermənistanın «Metsamor» AES də bütövlükdə regionun ekologiyasını zəhərləyən infrastruktur kimi qiymətləndirilib. Məlumat üçün qeyd etmək lazımdır ki, hazırda dünyada beş növ atom reaktorundan istifadə edilir. Lakin Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında fəaliyyət göstərən sulu qrafitli, kanallı reaktor təhlükəsizlik baxımından xeyli geri qaldığı üçün həmin beşliyə daxil edilmir.
AES-də 316 MV gücündə olan ikinci blok işləyir. Həmin blokun həm havaya buraxdığı, həm də su soyutma sistemində olan tullantıları hava və çaylar vasitəsilə respublikamıza düşür. Digər bir tərəfdən isə respublikanın zəbt olunmuş 20 faiz ərazisi nəzarətsiz qalıb ki, ermənilər həmin ərazilərdə radionkulidlərin qəbiristanlığını yaradıblar.
Beynəlxalq ekspertlər hesab edirlər ki, stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur.
Bu isə bütün Qafqaz regionu ilə yanaşı İran, Türkiyə, Gürcüstan və hətta Yaxın Şərq regionu üçün ciddi təhlükə yaradır.
Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzər mütəxəssisi Gia Arabidze isə həyəcan təbilinin indi çalınmasının vaxtı olduğunu yazır: «indi həmin stansiya qonşu ölkələrə ciddi ziyan vurmasa da Yaponiyadakına bənzər bir zəlzələ region üçün çox fəlakətli ola bilər: »Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze müsahibəsində deyir: «Türkiyə və Ermənistan əraziləri seysmik aktiv zonalardır və Ermənistan AES-in yerləşdiyi ərazidə güclü zəlzələnin başvermə təhlükəsi var ki, bu da fəlakətə səbəb olacaq».
Əgər xırda bir sızma baş versə, regionda insanların ciddi xəstəliklərə məruz qalması təhlükəsi olacağın yazan beynəlxalq ekspertlər genetik dəyişikliklərin baş verməsinin dünyanın ekoloji tarazlığın pozacağın ehtimal edirlər.
AES-in dünyanın ən seysmik zonalarından birində, o cümlədən də Ermənistanın paytaxtı İrəvanın 30 kilometrliyində yerləşməsi problemi daha da böyüdür. 1988-ci il Spitak zəlzələsindən sonra hökumət bu iki nüvə reaktorunun fəaliyyətini dayandırdı. Yalnız 7 il sonra, 1995-ci ildə VVER-440/V2302 tipli 2-ci reaktorun funksiyası beynəlxalq etirazlara baxmayaraq bərpa edildi. Hal-hazırda dünyada biri Ermənistan, 4-ü Rusiyada olmaqla bu tipli 5 reaktor mövcuddur.