09:32 | 31 dekabr 2012 | Bazar ertəsi
Məqaləyə 1846 dəfə baxılıb
Şriftin ölçüsü
Obamadan silah satışına məhdudiyyət
ABŞ prezidenti yerli televiziyaya müsahibəsində deyib ki...
ABŞ prezidenti Barak Obama 2013-cü ildən odlu silahlara dair məhdudiyyət tədbirləri gerçəkləşdirmək niyyətindədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli televiziya kanalına müsahibəsində Obama deyib ki, məktəblərin silahlı mühafizəçi ilə təmin olunmasına dair Milli Atıcılıq Birliyinin irəli sürdüyü təklifə həssas yanaşır.O, bu qurumun təklifinə amerikalıların çoxunun da həssas münasibət göstərəcəyinə əmin olduğunu söyləyib.
Bir müddət öncə B.Obama müavini Co Baydendən odlu silahla törədilən cinayətlərə qarşı mübarizə aparmaq üçün tədbirlər planı hazırlamağa istəmişdi.