
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
Rusiyanın Sankt-Peterburq şəhərində «Zenit-Arena» stadionunun tikintisini aparan menecerlərə Fövqəladə Hallar Nazirliyindən xəbərdarlıq gəlib ki, dərhal layihədə düzəliş edilsin və müharibə zamanı insanların sığınması üçün bunker inşa edilsin.
Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ-ın «The Daily Beast» nəşrinin məqaləsində deyilir.
Rusiyada 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı üçün tikilən stadion şəhərdən kənarda yerləşir. Lakin FHN xəbərdarlıq edir ki, nüvə hücumu zamanı stadion «potensial dağıntı və radioaktiv çöküntü zonasında» yerləşəcək.
Sonuncu dəfə ruslar hakimiyyətdən nüvə müharibəsi zamanı potensial səfərbərliyə dair belə xəbərdarlığı 20 il əvvəl eşitmişdilər. Və həmin xəbərdarlığa heç məhəl qoyan olmamışdı. İndi isə Kreml zarafat etmir. Rusiyada bu yaxınlarda 40 milyon adamın cəlb olunduğu mülki müdafiə təlimləri keçirilib, insanlara nüvə müharibəsi zamanı harada gizlənmək və hara qaçmaq barədə təlimatlar veriblər.
Xəbər verildiyi kimi bu günlərdə Rusiya prezidenti Vladimir Putin hərbi təyinatlı plutonium ehtiyatlarının ləğvinə dair ABŞ-la imzalanmış müqavilədən çıxmaq barədə qərar verib. Bu, Birləşmiş Ştatlarla Rusiya arasında gərginliyin getdikcə artdığı, Rusiyanın «nüvə dəyənəyi»ni getdikcə daha tez-tez yellədiyi bir vaxtda baş verir.
«Bu, Moskva ilə Vaşinqton arasında son onilliklər ərzində ən ciddi gərginlikdir» - Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyir. «Müharibə hətta ABŞ-dakı noyabr seçkilərinə qədər başlaya bilər» - o əlavə edir.
Markov bildirir ki, o, şəxsən özü potensial hərbi böhrana hazırlaşmaq üçün 200 banka pörtlədilmiş mal əti ehtiyatı yığmağı planlaşdırır. «Hamıya da bunu məsləhət görürəm» - Markov bildirir.