vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ANALİZ  
00:13 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 844 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə, çevriliş və nəticə

Dünyada hansı ölkə çevriliş ilə demokratiya əldə edib?

Məhəmməd Rıza LƏVAYİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu çevriliş Türkiyənin öz məhsulu deyildir. Xalq onu xarici məhsul sanırdı. Türkiyənin bütün partiyaları birmənalı olaraq bu çevrilişi qınadılar. Saxta çevriliş olsaydı müxalifət Ərdoğana qarşı susmazdı.

Türkiyənin zəifləməsi bizim və Türk dünyasının zəifləməsi deməkdir. Buna görə biz öz mənfəətlərimizi düşünüb Türkiyə hakimiyyətini dəstəkləməliyik.

Bütün dünya, habelə Türk ziyalılarının əksəriyyəti çevrilişi lənətlədilər. Onlarla Ərdoğanın daxili döyüşləri çevrilişin xaricində olan məsələdir.

Bu çevriliş Ərdoğanın oyunudur deyənlər yanlış düşünürlər. Heç bir siyasi şəxs milli mənfəətləri təhlükəyə atmaz. Çevrilişə cəhd edənlərin buraxdığı səhvləri Ərdoğanın ünvanına yazmaq səhvdir. Ərdoğanın çevriliş edənlərin yanlışından qidalandığını düşünənlərdən soruşuram - hansı siyasi şəxsiyyət belə bir fürsəti dəyərləndirməzdi?!

Mən dini radikalizmə doğru gedən Türkiyə ilə müxalifəm və əminəm ki, Türkiyənin təməlləri belə bir perspektivə qarşıdır. İran yazarlarının bəzisinə bir sualım var: Siz demokratik Türkiyəni aramaqdan öncə özünüzü və xalqınızı dini radikalizmin əlindən qurtara bilibsinizmi?

Bəzi dünya yazarları «Türkiyə dini radikalizmə qalib gəlmək fürsətini qaçırdı» yazıblar. Onlardan sual edirəm: Avropada, ya dünyada hansı ölkə çevriliş ilə demokratiya əldə etmişdir? Demokratiyanın yolu çevrilişdən keçirmi və nədən bu yazarlar öz ölkələrinə çevriliş adlı dərmanı içirtmirlər?

Türkiyədə çevriliş baş tutsa, Türkiyənin parçalanmasına səbəb olacaq. Daxildə vətəndaş müharibəsi təhlükəsi yaranacaq. Şiddət və ayrımçılığa yol açılacaq. Türkiyənin zəifləməsi Azərbaycanın zəifləməsinə səbəb olacaq. Kürd və erməni separatçılar güclənəcək.

Çevriliş nəticəsində 161 nəfər şəhid oldu. Ortadoğuda bu şəhidlərin yerinə, bəzi yazarlar və hakimiyyət təmsilçiləri çevrilişdə ölən əsgərlərə gözyaşı tökürlər. Onlar əslində öz ordularına qarşı millətin üsyanından qorxduqları üçün bu işi görürlər.

Məncə siyasətçilərlə fanidirlər, amma Türkiyə ilə demokratiya ayaq üstə yaşamalıdır. Ona görə də, xalq Ərdoğanı deyil Türkiyəni xilas etdi.