Daha 4 KİV-in adı «qara siyahı»da
Mətbuat Şurasının İdarə Heyəti iclas keçirdi
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
İlk olaraq MŞ sıralarına qəbula baxılıb. Şuraya ərizə ilə müraciət edən kütləvi informasiya vasitəsinin baş redaktorları dinlənilib. Onlar həmin KİV-lərin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. İdarə Heyəti üzvləri «Milli Məclis», «Elm-Nauka», «Le Carrefour» («Yol qovşağı»), «Bələdiyyə həyatı», «Vedibasar», «Şəki bələdiyyəsi» qəzetlərinin, «Multikulturalizm», «Olimpə doğru», «Mədəniyyət.az», «Xəbərlər məcmuəsi» və «Elm və həyat» jurnallarının, «Report.az», «Medianews.az», «Olimpnews.az», «Avropa.info», «Arazmedia.az», «7news.az» saytlarının MŞ-yə qəbuluna səs veriblər.
Daha sonra Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının və «reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu məsələsinə baxılıb. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə rəhbəri olduğu komissiyanın bu müddətdə 2 iclasının keçirdiyini, 20-dək məsələyə baxıldığını bildirib. O, «Qanun və şah», «Dünyaxeber.com», «Yukaz.az» saytlarının adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün kifayət qədər əsasların olduğunu nəzərə çatdırıb, «365info.az» və «Haqqınsəsi.com» saytları ilə bağlı isə əlavə araşdırmalara ehtiyac olduğunu deyib. Məsələ səsə qoyulub və qərara alınıb ki, «Qanun və şah» qəzetinin, «Dünyaxeber.com», «Yukaz.az» saytların adları MŞ-nin «qara siyahısı»na daxil edilsin. Digər 2 sayta isə MŞ-nın xəbərdarlığı olunub. Onlarla bağlı araşdırmalar davam etdiriləcək.
İclasda «Bizim dövr» qəzetinin adının MŞ-nin «qara siyahı»sına yenidən qaytarılması barədə qərar çıxarılıb.