vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
12:41 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2972 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İldə 5.5 milyon qadın xərçəngdən ölə bilər

Amerikadan dəhşətli xəbərdarlıq...

MÖVZU İLƏ ƏLAQƏLİ

Xərçəngdən, əsasən də döş xərçəngindən ölən qadınların sayı durmadan artır və mütəxəssislər bu artımın 2030-cu ilə qədər 60 faiz olacağını proqnozlaşdırırlar. Bu o deməkdir ki, cəmi 14 ildən sonra dünyada ildə 5.5 milyon qadın xərçəngdən öləcək. Bu xəbərdarlıqla Amerika Xərçəng Cəmiyyəti və «The Lancet» tibb jurnalında dərc olunmuş hesabatın müəllifləri çıxış ediblər.

Hər 7 qadından biri

 

Hazırda dünyada hər 7 qadından 1-i xərçəngdən ölür. Keçənilki rəqəmlər ildə 1.7 milyon qadının xərçəngin qurbanı olduğunu göstərir. Qurbanlar, əsasən, gəliri aşağı, ya da orta olan ölkələrdəndir. Ekspertlər belə ölkələrdə vəsait və himayə çatışmadığından, eləcə də siyasi və ictimai diqqətin azlığı ucbatından qadınların xərçəngdən qurtula bilmədiyini, hər il daha çox qadının döş, ağciyər, bağırsaq, ya da uşaqlıq boynunda yaranmış xərçəng üzündən dünyasını dəyişdiyini deyirlər. Amerika Xərçəng Cəmiyyəti ölümlərə ən çox ürək-damar xəstəliklərindən sonrakı xərçəngin səbəb olduğunu bildirir.

«Ölüm hallarına daha çox gənclərdə və ortayaşlı qadınlarda rast gəlinir. Bu isə həm onların ailəsinə, həm də milli iqtisadiyyata ağır yük olur», - Amerika Xərçəng Cəmiyyətindən Salli Koval belə deyib.

Mütəxəssislər bildirirlər ki, kasıb ölkələrdə xərçəngin diaqnozu və müalicəsinin zəifliyi ucbatından ölüm halları da çoxdur. İnsan ömrünün uzunluğunun sağlamlığın bünövrəsindən asılılığını nəzərə alsaq, inkişaf etməkdə olan ölkələrin də yükü böyükdür. S.Koval belə ölkələrdə qadınların daha çox risk faktorlarına, məsələn, fiziki fəaliyyətsizlik, sağlam olmayan pəhriz, ya da piylənmə, analığın gecikdirilməsi və başqa reproduktiv faktorlara məruz qaldıqlarını deyir.

Bütün bunların nəticəsi olaraq, bir vaxtlar daha yüksək gəlirli ölkələrin problemi hesab edilən xərçəng xəstəliyi indi geniş yayılıb.

 

Çində 1 milyon qadın xərçəngdən ölüb

 

Qadınların xərçəngdən ölməsi hallarına daha çox Şərqi Asiyada rast gəlinir. 2012-ci ildə bu regionda, xüsusilə də Çində 1.7 milyon qadında xərçəng aşkarlanıb, onlardan 1 milyonu vəfat edib. Döş və ağciyər xərçəngi həm varlı, həm də kasıb ölkələrdə ən çox yayılan xərçəng növüdür. Bağırsaq xərçəngi 3-cü, uşaqlıq boynu xərçəngi 4-cüdür.

Uşaqlıq boynu xərçənginin qarşısını peyvənd yolu ilə almaq mümkündür. Mütəxəssislər hesab edirlər ki, 12 yaşlı qızların insan papilloma virusuna (HPV) qarşı peyvəndlənməsi ildə 420 min ölüm halını əngəlləyə bilərdi. Həmçinin, uşaqlıq boynundan götürülmüş nümunələrin adi qaydada analizi də xərçəngin ilkin mərhələdə aşkarlanmasına imkan verir.

Mütəxəssislər bütün ölkələri bu problemə diqqət etməyə çağırır, xərçəngin qadınlar arasında geniş yayılmasının tək ailələrə deyil, cəmiyyətə və iqtisadiyyata vurduğu zərbənin xəstəliklə mübarizəyə qoyulan sərmayədən qat-qat ağır olduğunu bildirirlər.