vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
20:49 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 1153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pul köçürmələri 35 faiz azalıb

İnvestisiyada isə artım var

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

İlkin rəqəmlərə əsasən 2016-cı ilin 9 ayında Azərbaycana daxil olan pul baratları 585,5 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

Hesabata əsasən, pul baratlarının həcmi 35 faiz azalıb. 2015-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 897 milyon dollar təşkil edib. 2014-cü ilin analoji dövründə isə bu rəqəm 1,16 milyard dollar olub.

2016-cı ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Hesabat dövründə də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya qoyuluşları davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2016-cı ilin 9 ayında 6,3 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 60,9 faizini təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 25,8 faiz olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveçrənin sərmayədarlarına məxsus olub.