vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
18:32 | 29 dekabr 2017 | Cümə Məqaləyə 3273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ADNF-dən sürpriz qərar

Azərbaycan Dövlət Neft Fondu Mərkəzi Banka pul verməyi dayandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2018-ci il üçün gəlirlərini və xərclərini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu xərclər və gəlirlər prezident İlham Əliyevin ötən gün dekabrın 28-də imzaladığı fərmana əsaslanır. Prezidentin fərmanına əsasən Dövlət Neft Fondunun gələn il üçün büdcəsi təsdiq edilib. Fondun gəlirləri gələn il 11.6 milyard manata yaxın, xərcləri isə 9.7 milyard manatdan çox olacaq. Bu haqda fondun rəsmi saytında göstərilir.

Büdcəyə əsasən Neft Fondu 9 milyard manatı ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edəcək. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir gözləntisi 16 milyon, Fondun valyuta aktivlərindən əldə olunacaq gəlirlər isə 1 milyard manatdır.

Gələn il Neft Fondu büdcəyə təxminən 9 milyard manat transfert edəcək. 200 milyon manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə ayrılır. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 90 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün 16 milyon manat xərcləyəcək.

Neft Fondu Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsi üçün 176 milyon manat ayırıb. Cari ildə isə eyni maddə üzrə xərc 165 milyon manat olub. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə indiyədək 640 milyondan çox dollar xərclənib. Dəmiryolunun rəsmi açılışı bu ilin oktyabrında baş tutub. Fond xaricdə təhsil alanlarla bağlı xərci təxminən 8 milyon azaldıb, əvəzində qaçqın və məcburi köçkünlər üçün xərci 110 milyon manat artırır. Fondun idarə olunmasına isə 2018-ci ildə 31 milyon manat ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə Neft Fondunun büdcəsində gəlirlər 8 milyard, xərclər 14 milyard nəzərdə tutulmuşdu. Gələn ilin büdcəsində bu illə müqayisədə bəzi gəlir və xərclər üzrə azalma və ya artım var. 2018-ci ildə Neft Fondu həm karbohidrogenlərin satışından, həm də valyuta aktivlərinin idarəsindən gəlir gözləntisi bir neçə yüz milyon artıqdır.

Ancaq bu dəfə Neft Fondu xərcləri ilə gəlirləri arasında balans qorumağa çalışıb. Daha doğrusu, gələn il Fond Mərkəzi Banka makroiqtisadi sabitliyin təmin edilməsi üçün transfertlər nəzərdə tutmur. 2017-ci ildə isə Fond Mərkəzi Banka bu məqsədlə 7 milyard manatdan çox vəsait yönəltmişdi.

Gələn il Neft Fondundan Mərkəzi Banka transfertlərin edilməyəcəyi bunun birbaşa göstəricisidir ki, Azərbaycanda maliyyə-iqtisadi böhran artıq arxada qalıb. İki dəfə dalbadal baş verən devalvasiyadan sonra pozulmuş makroiqtisadi sabitlik bərpa olunub, Mərkəzi Bank artıq makroiqtisadi sabitliyi təmin etmək və pul-kredit siyasətini tənzimləmək üçün yetərli resurslara malikdir və Neft Fondundan transfertlərə ehtiyac qalmayıb.