Dövlət imtahanların tarifləri müəyyənləşib
«9-cu sinfi «2»-«3» qiymətlə bitirən şagirdlərin 30 faizi məktəbdən çıxır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 il sonra hansı ixtisaslar olacaq?
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
-
Abituriyentlər üçün kitabda I sinif sualları
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
“Vaxt uzadılmayacaq”
DİM-dən xəbərdarlıq
-
Dövlət qulluğunu şikəst edən DİM
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
-
DİM hamını aldadıb?
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
-
SAT - rüşvətlə alınmır
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
-
Belələrinə də şans verilməlidir
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
-
Planı hələlik, 85 faiz dolub
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
-
DİM hamıya bir gözlə baxır
Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?
-
«Sistem çevik olmalıdır»
Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»
-
Sabah imtahandır
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
-
«... Vakansiyalar daha çoxdur»
Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?
-
II mərhələyə 9522 nəfər buraxılıb
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
«Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır».
APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda deyib. Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında «2» və «3» qiyməti alan uşaqların 30 faizi sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: «Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30 faiz olarsa, XI sinifdə bu göstərici 40-45 faiz olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20 faiz arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20 faiz təsir etmək mümkün olur».
M.Abbaszadə deyib ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib.
«Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir».
M. Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər: «Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik».
M.Abbaszadənin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.
Hazırda DQMK və TQDK-nın ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: «Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı».