vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:35 | 5 iyun 2019 | Çərşənbə Məqaləyə 2191 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİM hamını aldadıb?

Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali məktəblərə builki yaz qəbul imtahanları başa çatandan sonra məlum oldu 700 bal toplayan abituriyent yoxdur. Bu isə cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Axı ötən ilədək qəbul imtahanlarında maksimum bal toplayanlar olduğu halda, bu il nə baş verdi?

Tarix müəllimi Ramin Əlizadə məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzini (DİM) ittiham edib.

Pedaqoq bildirib ki, DİM bu il müəllimləri, onların şagirdlərini, abituriyent valideynlərini əməlli-başlı ələ salıb. Onun sözlərinə görə, bu il abituriyentlər qəbul imtahanlarına kurikuluma aid test topluları əsasında hazırlaşıblar. Çünki DİM əvvəlcədən bəyan edib ki, bu il kurikulum üzrə ilk dəfə məzun olanlar imtahan verirlər. Və satışa çıxarılan toplular da DİM-in kurikulum üzrə test vəsaitləri olub.

Ancaq qəbul imtahanları zamanı məlum olub ki, abituriyentlərə verilən test tapşırıqlarının heç biri kurikuluma aid deyil, köhnə sistemdən qalan tapşırıqlara aid suallardır:

“Səsini də çıxaran yoxdur ki, abituriyent məsələn, tarix fənindən elə köhnə dərslikləri oxusaydı gedib 100 faiz nəticə göstərərdi. DİM bu kurikulumbazlıq oyunu ilə test toplularını  satıb bir dəfə qazanmışdı, bu da ikinci qazancı oldu.

Hörmətli DİM rəhbərliyi! Abituriyent gecə-gündüz imtahana hazırlaşıb, həm də yeni dərsliklər əsasında. Amma gedib imtahana görüb ki, sualların 90 faizi elə köhnə dərsliklərdən, hətta köhnə dərsliklər əsasında hazırlanmış toplulardandı.

Bəs onda DİM adını yeni təhsil sistemi - kurikulum qoyduğu test toplularını abituriyentlərə niyə satırdı?

Hələ üstəlik universitet tələbələrinə şablonla qəbul imtahanında iştirak etmiş abituriyentlərin cavablarını yoxladırlar. Bəs hanı “marker ordusu”? Abituriyent yeni dərslikdə olan yüzlərlə yeni faktı gecəsini-gündüzünə qatıb oxudu, əzbərlədi, amma köhnə dərslikdə olan faktlar suallara salındı.

Belədə abituriyentlərə intihar və stress halları yaşadan DİM günahkardır!

Əgər kurikulum dərslikləri qəbul imtahanına lazım deyildisə, DİM-in jurnalında ədəbiyyat kimi niyə yayınlanmışdı?”.