vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ELM-TƏHSİL, DİN  
09:17 | 11 iyul 2022 | Bazar ertəsi Məqaləyə 1401 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abituriyentlər üçün kitabda I sinif sualları

Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir

Etibar ƏLİYEV, millət vəkili

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali Təhsil müəssisələrinə qəbulda “İnformatika” fənninə yeni status verilməsi abituriyentlərə bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) bunun öhdəsindən gələ biləcəkmi? DİM-in hazırladığı “İnformatika” vəsaitinə baxandan sonra məndə ümidsizlik yarandı. Bu kitab imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulub.

Gəlin şəkillərini verdiyim səhifələrdəki bir neçə biabırçı test tapşırığına birgə baxaq:


Test: Taktil informasiyadır:

A) eynək taxıb kitab oxumaq

B) fonendoskop, eynək, qulaqcıq (?)

C) qaşıqla stəkanda şəkəri qarışdırmaq

D) açıq havada musiqini dinləmək

E) monitora baxmaq

Testin ifadə forması yanlışdır. A, B, C variantlarının hər üçündə taktil, yəni toxunmaqla informasiya var. Bu xarakterli test ibtidai siniflər üçündür, bunun qəbula nə dəxli var. 


Test: “Qutablar çox duzludur”, -dedi baba. O, hansı doğru orqanı ilə bunu hiss etdi?

A) göz, qulaq (?), C) burun, D) dəri, E) dil

Burada isə ümumiyyətlə şərhə ehtiyac yoxdur. Uşaq bağçalarında uşaqlar üçün olan testdir.

Davam edək: 


1-ci siniflər üçün olan test abituriyentlərə verilir:

İnsan teatrda operaya tamaşa edərkən informasiyanın qəbulunda hansı duyğu orqanları iştirak edir?

A) göz, qulaq

B) göz, dər,  burun (?),

D) burun, dil, dəri

E) dəri, burun

C) dəri, qulaq


Bu testdəki savadsızlığa diqqət edin:

Hökumətin informasiya modelini əks etdirən sənədlərə daxildir:

A) ölkənin əsas qanunu

B) ölkənin coğrafi xəritəsi (?)

C) siyasi terminlərin orfoqrafik lüğəti

D) Milli məcliisin tərkibi

E) əhali və səhiyyəyə aid statistik verilənlər

Siyasi terminlərin orfoqrafik lüğəti? Terminlərin orfoqrafik lüğəti də olur?


Aşağıdakı testdə qoyulan sual savadsızlığı əks etdirir. Bununla yanaşı şəxslərin adları da səhv yazılıb. 

Test: Müasir kompüterin  məntiqi quruluşu hansı alim tərəfindən verilib? 

A) Hodvard Eyken

B) Qotfrid Leybins

C) Sergey Lebedev

D) Bill Qeyts

E) Fon Neyman

Adlar belə düzdür: Hovard Eyken, Qotfrid Leybnits, Bill Geyts, Con fon Neyman.

Görünür ki, testi tərtib edənlər mütaliədən kənar qalan və adları çəkilən müəlliflərin əsərlərindən bixəbər olan adamlardır.

Bunlar nəzər yetirdiyim testlərin bir neçəsidir. Daha biabırçı formada tərtib olunan testlər 10-larladır. Mövzuya qayıdacağam.  

P.S.: İnformasiya təhlükəsizliyindın, kibercinayətlərdən müdafiə olunmaqdan, Silikon vadisindən, Startablardan danışırıq sonra isə belə urvatsız test tapşırıqları tərtib edirik. Dünyada gedən proseslərdən də xəbərləri yoxdur. Ancaq imitasiyanı elə gurultulu təqdim edirlər ki, bilməyənlər buna həqiqət kimi baxırlar. Biri STEAM adı altında Çin oyuncaqlarını nümayiş etdirir, digəri isə belə urvatsız testlərin tərtib olunmasına rəvac verir. İtirilən nəsillərə isə heç biri cavabdehlik daşımır...