vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
03:14 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fraksiyanın ilk iclası olub

Nadir Qazipur: «Türkdilli Bölgələrin Fraksiyası» separatçıların qarşısında dayanacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyanın İran parlamentindəki azərbaycanlı deputatı Nadir Qazipur, noyabrın 21-də İranın «Tasnim» saytına açıqlamasında yenicə yaranmış Türkdilli Deputatlar Fraksiyasının hədəflərindən danışıb.

Qazipur deyib ki, «Türkdilli Bölgələrin Fraksiyası»nın yaradılmasında məqsəd, İran İslam Respublikasının dini lideri Seyid Əli Xamneyinin göstərişlərini yerinə yetirmək, sistemin yuxarı qatlarında qəbul edilən bəzi sənədlərin icrasını tələb etməkdir: «Türkdilli Bölgələrin Fraksiyasının («Türkdilli Deputatlar Fraksiyası» nəzərdə tutulur – red.) əksər üzvlərini «vilayətmədar», («Vəliyyi-fəqih» tərəfdarları) şəhid və canbaz ailələrindən olan şəxslər təşkil edir. Bu, inqilabçı bir fraksiyadır və hakim sistemin xətti üzrə və onun çərçivəsində fəaliyyət göstərməklə yanaşı, həm də separatçıların və sistemin düşmənləri qarşısında dayanacaq.

Ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması, bu fraksiyanın əsasnaməsinin əsas prioritet prinsipi sayılır. Fraksiyanın fəaliyyəti və görəcəyi işlər isə, İran İslam Respublikasının ana yasasının müddəalarına uyğun olacaq. Biz fraksiyanın əsasnaməsini yazıb qurtarandan sonra, Urmiya gölü böhranının həlli istiqamətində də fəaliyyət aparacaq, bu məsələni keçirəcəyimiz iclaslarda gündəmə gətirəcəyik. Lakin əsasnamənin yazılmasından əvvəl bu barədə söhbət etməyi və nəyisə etməyi düzgün saymıram».

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamentinin sədrinin canişini Məsud Pezeşkiyan fraksiyanın sədri, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».