vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
19:10 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 969 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna rus neftindən imtina etdi

Rəsmi Kiyev neft kəmərinə «Azeri Light» doldurmasını xahiş edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Maliyyə Nazirliyi «Ukrtransnafta» dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə 262 min ton Rusiya neftinin nəqlinə qadağa qoyub. Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş direktorun I müavini Andrey Pasişnik bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi Ukrayna və azərbaycan arasında olan razılaşmalara qarşı çıxır və problemin həlli əvəzinə qadağa qoyur.

Xatırladaq ki, noyabrın 4-də «Ukrtransnaft»a Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək tez bir vaxtda Odessa-Kremençuq neft kəmərini dolduran «Urals» markalı neftin «Azeri Light» markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib.

Noyabr ayının 2-də isə «Ukrtransnafta» və «Ukrtatnafta» 4 milyon Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.