vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:23 | 11 dekabr 2016 | Bazar Məqaləyə 894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hökumət ixracyönümlü siyasət aparır»

ABŞ şirkəti Azərbaycandakı böhran və İlham Əliyevin populyarlığı haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın üzləşdiyi iqtisadi böhranla mübarizəsi hələ xeyli vaxt alacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Vaşinqtonda mənzillənmiş nüfuzlu «Frontier Strategy Group» konsaltinq şirkəti investorlar və xarici şirkətlər üçün hazırladığı hesabatda bildirir. Şirkətin Mərkəzi və Şərqi Avropa üzrə analitiki Mark MakNeym (McNamee) bildirib ki, investorlar Azərbaycanda əvvəlki kimi yüksək inflyasiya dövlət investisiya xərclərinin azaldılmasını və yerli istehlakçıların xərcləmələrə qənaət etməsini gözləməlidir.

Analitik hesab edir ki, Azərbaycanın milli valyutası dəyər itirməkdə davam edəcək. Manat bundan əvvəl iki dəfə devalvasiyaya məruz qalıb, daha sonra il ərzində əlavə 15 faiz də dəyər itirib. «Azərbaycandakı iqtisadi geriləmə və zəif perspektivlər korporativ investorları regionun digər ölkələrinə diqqət yetirməyə məcbur edib. Bununla belə Azərbaycanda yüksək urbanizasiya səviyyəsi iqtisadi geriləmənin dayanmasından  sonra bu ölkəni investorlar üçün yenə də regionun cəlbedici ölkəsinə çevirəcək», - analitik bildirir.

Hesabatda deyilir ki, Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan gələn il də iqtisadi geriləməni dayandırmaq üçün mübarizə aparmalı olacaq. Bu il Azərbaycan iqtisadiyyatında 4 faizə qədər geriləmə gözlənilir. Proqnozlara görə, dövlət investisiya xərclərinin azaldılması və daha dərin manat amortizasiyası nəticəsində geriləmə gələn il də davam edəcək. Rusiya və Qazaxıstan isə gələn il iqtisadi artıma nail olmağı nəzərdə tutur. Şirkət hesab edir ki, Azərbaycanda iqtisadi geriləmə ancaq 2018-ci ildə dayanacaq, 2020-ci ildən etibarən isə illik 1-2 faiz ÜDM artımı gözləmək olar.

Şirkətin proqnozuna görə manat 2017-ci ildə də ucuzlaşmaqda davam edəcək. Bununla belə inflyasiya bir qədər zəifləyəcək, hərçənd inflyasiya səviyyəsi yüksək olaraq qalacaq və istehlak qabiliyyətinə, işgüzar aktivliyə zərbə vurmaqda davam edəcək.

Şirkət hökumətin gələn il üçün olduqca konservativ büdcə hazırladığını, bir çox sahələr üzrə xərcləri ixtisar etdiyini xatırladır. «Azərbaycanda iş qurmaq istəyən firmalar nəzərə almalıdır ki, 2017-ci ildə bazarda normativ dəyişikliklər artacaq, bu da biznesə əlavə təzyiq yaradacaq. Hökumət ixracyönümlü siyasət aparır və ölkəyə idxal olunan müəyyən mallar üçün gömrük rüsumlarını artırır, habelə bəzi verilər artırılıb» - şirkət bildirir.

«Frontier Strategy Group» bildirir ki, bu il hökumət enerji daşıyıcılarının qiymətini artırıb. Gözlənilir ki, elektrik enerjisi və təbii qazın qiymətləri 2022-ci ilə qədər hər il artırılacaq. 2017-ci ildə başqa vergi artımları gözlənilmir, hökumət isə bütün gücüylə xərcləri azaltmağa çalışır. Yerli müəssisələr isə yüksək borclanmadan və yüksək kredit faizlərindən əziyyət çəkir.

Şirkət hesab edir ki, iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanda siyasi gərginlik gözlənilmir. «Siyasi baxımdan prezident İlham Əliyev populyarlığa malikdir və ölkə üzərində möhkəm nəzarətini saxlayır. Ara-sıra xırda etirazlar olsa da ölkə üçün təhdid yarada biləcək hansısa ciddi siyasi gərginliyin meydana çıxması gözlənilmir», - şirkət qeyd edir.