«Ermənistan torpaqları işğal edib»
Daha bir erməni - Lusine Nersisyan Bakı deklarasiyasına qoşuldu
Vahan MARTİROSYAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Reinteqrasiya proqramı ...
Rusiya SM-nin də Xankəndindən vaxtından əvvəl çıxarılması üçün mümkün vasitə
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Xankəndi üçün Xerson planı
Qarabağı qan çanağına döndərmək istəyirlər
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
«Ermənistan və Azərbaycan arasında sülh üçün platforma»nın yeni iştirakçısını təqdim edirik. Bu, Xankəndində yaşayan gənc yazıçı, publisist və ictimai fəal Lusine Nersisyandır. Sülh yolları barədə dialoqun başlanması üçün iki ölkənin vətəndaş cəmiyyətinin fəallarının təşəbbüsü barədə xəbər tutandan sonra o, xalq diplomatlarının çağırışını imzalamaq arzusunu bildirib.
Virtualaz.org-la söhbətində L.Nersisyan Qarabağdakı vəziyyət və sülhyaratma prosesinin inkişafının vacibliyindən danışıb.
- Siz Dağlıq Qarabağda, əvvəllər Stepanakert adlandırılan şəhərdə yaşayırsınız və biz öyrənmək istərdik ki, əslində orada insanlar necə yaşayır – nə ilə dolanırlar, nə düşünürlər, nə arzu edirlər. Erməni dövlət məmurlarının, siyasətçilərinin və onlara tabe olan KİV-in yalanları üzündən ictimaiyyət sizin regiondakı real vəziyyət barədə təhrif olunmuş məlumat alır, bunu sizdən – hər gün Qarabağ reallıqları ilə üz-üzə gələn insandan eşitmək istərdik.
- Təəssüf ki, yaxşı heç nə deyə bilməyəcəyəm. Qarabağda total yoxsulluq hökm sürür, bununla bərabər, insanlar daimi qorxu və stress atmosferində yaşayırlar. Pensiyalar və maaşlar həddən aşağıdır və əhalinin ən elementar tələbatlarını ödəmək iqtidarında deyil. Sadə xalq sözün əsl mənasında ac-yalavac həyat keçirir. Mövcud rejim isə hər şey edir ki, xalqı qorxu içində saxlasın.
- Fikir vermişəm ki, forumlarda və sosial şəbəkələrdə əsərləriniz çox populyardır. Onlar hansı əhali kateqoriyası üçündür və sizin oxucularımıza demək istədikləriniz nələrdir?
- Uşaqlıqdan yazıram. Poeziyam müxtəlif mövzular barədədir. Vətənpərvərlik, ədalətsizlikdən doğan dinməyən ağrı barədə şeirlər var. Bununla mən və bütün qarabağlılar hər gün üz-üzə gəlirik. Əlbəttə, məhəbbət və ümumiyyətlə, insani münasibətlər haqda da yazıram. Məktublardan görünür ki, düşüncələrim, hisslərim oxucular tərəfindən maraqla qarşılanır. Mənə yazan hər kəsə çox minnətdaram – onların xeyir-duaları, dəstəyi yaşamağa və yaratmağa kömək edir.
- Fəal vətəndaş mövqeyi olan və daim hadisələrin mərkəzində olan bir insan kimi obyektiv cavab verə bilərsinizmi, Qarabağ müharibəsi Ermənistana nə verdi?
- Mən ümumiyyətlə, bütün müharibələrin qəti əleyhinəyəm. Hansı gözəl ideyalarla izah olunursa olunsun. Bu gün dünya o qədər irəli gedib ki, düşünürəm, istək olarsa, bütün münaqişələr sülh yolu ilə həll edilə bilər.
Qarabağ müharibəsi isə, faktiki olaraq, Ermənistanın özgə torpaqlarını işğal etməsinə gətirib çıxardı və bütün sahələrdəki inkişafı dayandırdı. Hamı əziyyət çəkir, ilk növbədə isə bu müharibədən cana doymuş xalq. Aprel döyüşləri zamanı çox şey bəlli oldu, ilk növbədə hakimiyyətin öz xalqına necə münasibət bəsləməsi göründü. Xalqı qurbanlıq kimi top qarşısına göndərirdilər.
Nəyə görəsə, cəbhədə əsgərlərə silah çatışmırdı, hətta güllə də yox idi, amma yayda Yerevanda polis alayı zəbt ediləndə, birdən birə məlum oldu ki, ölkədə silah istədiyin qədərdir. Hardansa xüsusi texnika peyda oldu və başqa bir çox şeylər də həmçinin. Buradan yalnız bir nəticə çıxır: bütün bu silahları saxlayırlar ki, lazın olanda bizə, öz xalqına qarşı istifadə etsinlər.
- Artıq bilirsiniz ki, bu yaxınlarda Bakıda sülhməramlı forum keçirilib və burada «Ermənistan və Azərbaycan arasında sülh üçün platforma» yaradılıb. Bunun məqsədi xalq diplomatiyası yolu ilə xalqları sülhə yaxınlaşdırmaq, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməkdir. Bu təşəbbüs barədə nə düşünürsünüz, onu dəstəkləyirsinizmi?
- Əgər bütün dediklərinizi həyata keçirmək mümkün olsa, mən bunu nəinki dəstəkləyirəm, hətta bu təşəbbüsə qoşuluram. Əminəm ki, bir çox həmvətənlərimiz bu «Sülh platforması»nı dəstəkləyəcək, çünki hamı sülh şəraitində və firavan yaşamaq istəyir.
- Və sonda. Yeni il ərəfəsində bütün ermənilərə nə arzu edərdiniz?
- Sülh və firavanlıq! Daha çox sülh – o, indi bizə daha çox lazımdır.