
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
Əgər dünyadan geri qalmaq istəmiriksə, ...
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Xankəndi 17-ci Zirvə Sammitinə ev sahibliyi edəcək
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Çipdə zəruri məlumatlar saxlanılacaq
Putin Leinini niyə sevmir?
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Kreml Azərbaycanda 90-cı ildə ölüb, 92-də dəfn olunub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagünkü açıqlamasında Azərbaycanın Xankəndi ermənilərinə status yox, hüquq təminatı verməyə hazır olduğunu bildirdi. Lavrovun dediyindən belə çıxdı ki, Rusiya da bu reallıqla barışmaq məcburiyyətindədir yaxud “Ermənistan və Qərb Rusiyanı belə bir çıxılmaz vəziyyətə salıb”.
Lavrovun bunu hansı məqsədlə deməsindən asılı olmayaraq, bu məqam Azərbaycanın əlini gücləndirən faktordur. Azərbaycan Lavrovun dediklərinin məntiqi davamı kimi Xankəndinin Azərbaycana reinteqrasiya proqramını təqdim edib, yeni prosesə rəsmi başlanğıc verməlidir. Rusiya Azərbaycanın Xankəndi ermənilərini cəmiyyətə reinteqrasiya etmə planına qarşı çıxası deyil. Lavrov dedi ki, artıq Praqa Bəyannaməsi bunun üçün hüququ baza yaradıb.
Azərbaycan Xankəndi ermənilərinin cəmiyyətə inteqrasiyası üçün siyasi, vətəndaşlıq/pasport, səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə/məşğulluq/pensiya, infrastruktur sahələrini əhatə edən Reinteqrasiya proqramını elan etməlidir. Xankəndi və ətraf rayonlarda yaşayan erməni icmasıyla yuxarıda göstərilən istiqamətlər üzrə danışıqlar aparacaq Azərbaycan dövlət qurumlarının (Dövlət Miqrasiya Xidməti, DİN Pasport-Qeydiyyat İdarəsi, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Səhiyyə Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Azəravtoyol, Azəriqaz, Arərişıq) nümayəndələrindən ibarət komissiya yaradılmalı, Xankəndi və ətrafda yaşayan icmayla danışıqlar prosesinə rəsmən başlanılmalıdır yaxud Azərbaycan tərəfdən belə bir hazırlığın/niyyətin institutsional bazası qarşı tərəfə və dünyaya nümayiş etdirilməlidir.
Azərbaycanın bu həmləsindən sonra kimsə, hətta ən faşist erməni və onların havadarları da nə münaqişənin həllinin gələcəyə saxlanılmasından, nə də Azərbaycanın Xankəndi ermənilərinə qarşı “soyqrıma” hazırlaşmağından danışa biləcək. Status məsələsinin gündəmdən çıxması üçün institutsional baza, problemin yekun həllinə baxışın bazası formalaşmış olacaq. Azərbaycanın Reinteqrasiya proqramına qarşı çıxan istənilən qüvvə destruktivlikdə, təhrikçilikdə, sülhə qarşı çıxmaqda ittiham olunacaq. Bundan sonra kimsə Azərbaycanı aqressiv ritorikada, düşmənçilikdə, militarizmdə ittiham edə bilməyəcək.
Azərbaycanın Reinteqrasiya proqramı Ermənistanı sülhə məcbur edəcək əlavə diplomatik-siyasi alət olacaq. Artıq Ermənistanın sülh müqaviləsini yubatmaq üçün manevrlər etmək imkanı qalmayacaq.
Reinteqrasiya proqramının təqdim edilməsi Rusiya SM-nin də Xankəndindən vaxtından əvvəl çıxarılmasını aktuallaşdıracaq. Rusiya ordusunun Xankəndində olmasına ehtiyacın olmadığı mesajı veriləcək. Xankəndi ermənilərinin təhsil, səhiyyə, mədəni irs, məşğulluq problemlərinin həlli üçün komissiya yaratmış, proqram elan etmiş Azərbaycandan ermənilərə hansı təhlükə ola bilər?!