vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
14:16 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da inflyasiya 2 faizi aşmayacaq

FED-in qərarı bəs Azərbaycana necə təsir göstərəcək?

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün ABŞ-dan gələn, bu gün bizə çatan qərar sürpriz olmadı. Çünki, hələ nəinki bir neçə gün əvvəl, hətta bir neçə ay əvvəl də gözlənilirdi ki, Federal Ehtiyat Sistemi (FED) bu il üçün planlaşdırdığı sonuncu iclasında uçot dərəcəsini qaldıracaq. Belə də oldu. Dünən FED ötən iclasında yalnız uçot dərəcələri ilə deyil, həm də ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlarını açıqladı.

Belə ki, hazırda ABŞ-da uçot dərəcələri 0,5-0,75 diapozonunda olacaq. Bununla yanaşı, FED ABŞ-da ÜDM, inflyasiya və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Məlum olub ki, 2016-cı ildə ABŞ iqtisadiyyatında vəziyyət gözlənildiyindən yaxşı olur, ÜDM-in artımı 1,8 fazidən 1,9 faizə, inflyasiya 1,3 faizdən 1,5 faizə qalxır, işsizlik isə 4,8 faizdən 4,7 faizə enir. Eyni zamanda FED-in açıqladığı proqnozlara görə, 2017-ci ildə ABŞ iqtisadiyyatı üçün müvafiq göstəricilər üzrə ÜDM-də artım 2,1 faiz, inflyasiya 1,9 faiz, işsizik isə 4,5 faiz olacaq. 2018-ci ildə isə ÜDM 2 faiz, işsizlik 4,5 faiz, inflyasiya isə 2 faiz olacaq. 

FED-in qərarı əsasən dünya bazarlarnda aşağıdakı dəyişiklikləri şərtləndirəcək. Belə ki, FED-in son qərarı qısa və orta müddətli dövrdə ABŞ dollarının digər ölkələrin valyutalara nisbətdə məzənnəsinin möhkəmlənməsinə, bir sözlə dünya valyuta bazarında dolların hökmranlığının davam etməsinə, eləcə də xammal bazarında, xüsusilə də neft və digər enerji daşıyıcılaırnın qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Bu qərar həmçinin ABŞ mənşəli dövlət və korporativ qiymətli kağızlara sərmayə qoyuşuluşlarını da artıracaq və nəticədə kapitalın hərəkəti yenidən ABŞ-a doğru istiqamətlənəcək. 

FED-in son qərarının Azərbaycan iqtisadiyyatına psixoloji təsirləri, iqtisadi təsirlərindən çox olacaq. Bunu artıq bu gün valyuta bazarlarında qərarlaşmış durum da təsdiq edir. Belə ki, hazırda Azərbaycan banklarının böyük əksəriyyəti dollar satışını dayandırıb, qara bazarlarda 1 ABŞ dollar 1,95 -2 manata satılır. Bundan başqa Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milii valyutaların ucuzlaşmasının da Azərbaycanın qeyri-neft ixracatına, eləcə də neftin qiymətinin ucuzlaşması və ya bahalaşma tempinin səngiməsi də bütövlükdə ixracata mənfi təsirlər göstərəcək. Bununla yanaşı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 47,6 faizinin dollarla saxlanılması və sərmayələrinin 24,1 faizinin ABŞ-da yerləşməsi məzənnə fərqinə və digər göstəricilərə müsbət, aktivlərin yerdə qalan hissəsinin digər valyutalarda və cografiyalarda olması isə mənfi təsirlər edəcək.