vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
11:20 | 16 dekabr 2016 | Cümə Məqaləyə 4506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollarla satış qanunsuz hesab edildi

Antikollektor daha bir günahsızı xilas etdi

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

7 fevral 2015-ci il tarixdə vətəndaş «ABC Telekom» dükanından 6 ay müddətinə 949 manata nisyə televizor alıb. Lakin dükan müqavilədə qiyməti dollara bağlayaraq 1209,79 dollar kimi göstərmişdi. Vətəndaş borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verdi. Manatla borc tam ödənilsə də dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dolların, habelə 360 manat dəbbə pulun da ödənilməsini tələb edib. Vətəndaş ödəməkdən imtina edib. Dükan öz xeyrinə məhkəmə əmrinin qəbul edilməsinə nail olub.

Antikollektorun köməyi ilə vətəndaş əmrin ləğv edilməsinə, sonra isə öz xeyrinə qətnamənin qəbul edilməsinə nail olub. Belə ki, Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynovun 10 noyabr 2016-cı il tarixli Qətnaməsində dollarla satış Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən qanunsuz hesab edilib. Qətnamədə göstərilir ki, vətəndaşın borcu 949 manat olsa da, o, artıq 1025 manat ödəmişdir. Yəni vətəndaş dükana deyil, dükan vətəndaşa borcludur.

Beləliklə, dəfələrlə dediyimiz təsdiqini tapdı: kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz. Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin! Önəmlisi həm də odur ki, bu işdə Antikollektor vətəndaşı təmsil etməyib, sadəcə müvafiq sənədlərin hazırlanmasında kömək edib və təlimatlandırıb. Vətəndaş da özü işi udub! Banklara qarşı işlərdə də vətəndaşlar belə fəal olsalar, mütləq güzəştə gedəcəklər. Çünki çoxlu sayda və uzunmüddətli məhkəmə işlərinin aparılmasına qadir deyillər. Onları sadəcə çərlətmək lazımdır…