Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
18:44 | 4 avqust 2014 | Bazar ertəsi
Məqaləyə 3207 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İyulun 31-də ABŞ-ın İREX qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin bank hesablarına həbs qoyulub. Bu barədə qərarı Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsi verib. Bu barədə «Turan»a beynəlxalq təşkilatlardakı mənbələrdən bəlli olub.
Mənbənin məlumatına görə, İREX məhkəmənin qərarından apelyasiya şikayəti verib. İREX-in özündə şərh verməkdən yayınırlar.
Bu təşkilat Azərbaycan KİV-inin əsas donorlarından biridir. Bir neçə il ərzindən İREX onlarla layihə həyata keçirib, KİV-ə maddi və texniki yardım göstərərək, jurnalistlər üçün çoxsaylı treninqlər və seminarlar təşkil edib. Bundan başqa, İREX ölkənin kənd sakinlərinin internetə çıxışı işində böyük rol oynayıb, onlarla kənddə pulsuz internet otaqları təşkil edib.
Qeyd edək ki, mayda Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işinə başlayıb. Həmin vaxtdan 20-yə yaxın yerli və xarici QHT-nin hesabına həbs qoyulub. Bu QHT-lərin bəzilərində vergi yoxlamaları aparılır.
Onu da yada salaq ki, məqsədi Azərbaycanda inqilabi mühit yaratmaq olan bu təşkilatların gerçək hədəfləri jurnalist Eynulla Fətullayevin virtualaz.org saytında işıq üzü görən «Əliyevə qarşı 2,4 milyon dollar» adlı məqalədə müfəssəl şəkildə təhlil edilib.
E.Fətullayev yazırdı: «İREX təşkilatı isə 2004-2010-cu illərdə 5,7 milyon dollar almışdı. O, bu pulların çoxunu Azərbaycanda müxalif fikrin formalaşdırılmasına yönəltmişdi.
İREX 2007-2009-cu illərdə USAİD-dən əlavə olaraq daha 250 min dollar alıb. 2010-2014-cü illərdə isə İREX «yeni mətbuat orqanları»nın yaradılması adı ilə 6 milyon dollar alıb. Bu layihə 2014-cü ildə başa çatır. Onun nəticələri çox maraqlıdır: xaricdən maliyyələşən bu yeni mətbuat orqanlarının mütləq əksəriyyəti ya müxalifətçi, ya da müxalif əhval-ruhiyyəlidir. Unutmaq olmaz ki, burada söhbət hədəfi yalnız prezident İlham Əliyev olan xüsusi layihələrdən gedir!
Yeri gəlmişkən, İREX öz antiazərbaycan mövqeyini heç vaxt gizlətmir. Yeni mətbuat layihəsinin icrasını rumıniyalı Anjela Nikoaraya tapşırıblar. Azərbaycan hökumətinin qatı tənqidçisi olan xanım Nikoara həm İ.Əliyevi, həm də hökumətin daxili siyasətini tənqid atəşinə tutan çoxsaylı hesabatların müəllifidir.
Həmin hesabatlar ölkəmizə dərin nifrət hissi ilə yoğrulub. Bu da təsadüfi deyil. A.Nikoara ermənipərəst mövqeyini də dəfələrlə ortaya qoyaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsini tez-tez qaldıran biridir.
Bundan başqa, o, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan Rauf Mirqədirova hərtərəfli dəstək verməyi Vaşinqtondan şəxsən xahiş edib. Mirqədirov problemini beynəlxalq aləmdə və ABŞ-da Azərbaycana təzyiq aləti kimi «cücərdib böyütmək» ideyasının müəllifi də A.Nikoaradır. İREX Mirqədirovun müdafiəsi ilə bağlı beynəlxalq kampaniya aparmaq üçün xüsusi proqram işləyib hazırlayıb.
Beləliklə, USAİD Əliyev əleyhinə yeni layihənin həyata keçirilməsinə nə az, nə çox - düz 2,4 milyon dollar ayırıb. Fikir verin, USAİD bu pulu məhz İREX-in oxşar layihəsi başa çatan gün ayırıb. Böyük ehtimalla bu pulu yenə İREX alacaq. Müsabiqə, elan və tenderlər isə gözə kül üfürmək, «şəffaf və təmiz fəaliyyət» görüntüsü yaratmaq üçündür.
Beləliklə, bu pullar İREX-ə çatacaq. Bəs İREX-də media layihələri ilə kim məşğuldur? Hüquqşünas Ələsgər Məmmədli.
Bu adam müxalif fikirlidir, hökuməti tez-tez tənqid edir. Onun nurçularla əlaqələrinə dair təkzibolunmaz dəlillər də var.
İndi də gəlin ABŞ-ın bu təşkilatının Azərbaycandakı ənənəvi fəaliyyətinə, onun himayə etdiyi çevrələrə nəzər salaq.
İREX-in tərəfdaşlarının siyahısı dəyişməz olaraq qalır. Söhbət İ.Əliyevin qatı əleyhdarlarından və tənqidçilərindən gedir. Onlar aşağıdakılardır: Rəşid Hacılı (Media Hüquqları İnstitutu), Mehman Əliyev («Turan» agentliyi), Emin Hüseynov (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu), Anar və Əziz Orucovlar («Media Qafqaz» Tədqiqat Mərkəzi), Rəsul Cəfərov (İnsan Haqları Klubu) və s.
Şübhə yoxdur ki, 2,4 milyon dollarlıq yeni tranş bu dəfə də hökumətin əleyhdarları və tənqidçiləri arasında bölüşdürüləcək.
Bu təşkilatların həyat qabiliyyətini qoruyub saxlamaq amerikalılardan ötrü çox vacib məsələdir. Bunu anlamaq o qədərmi çətindir?»