«Qayınatam həbs olundu, utandım...»
Çovdarovların kürəkəni: «... Ona görə də şirkəti qayınanamın adına keçirdim»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının üzvlərinin Bakıda və ölkənin digər yerlərində çoxsaylı daşınmaz əmlaka, kommersiya obyektlərinə, digər aktivlərə malik olduğu məlumdur. Xəbər verildiyi kimi hazırda məhkəməsi gedən general Akif Çovdarovun və yaxınlarının çoxsaylı mülkünə, bank hesablarına və digər aktivlərinə həbs qoyulub. Bu aktivlərin dəyəri on milyonlarla manatdır. Çovdarovun aktivləri onun ailə üzvlərinin və çoxsaylı benefisiarlarının adlarına olub.
Virtualaz.org xəbər verir ki, belələrindən biri də generalın kürəkəni Qasımov Rövşən İsa oğludur. O, Çovdarovun işi üzrə istintaqda şahid qismində dindirilib. Deyib ki, «Aqua Agro» MMC-nin direktorudur. Həmin MMC-ni ona görə təsis etmişdi ki, Çovdarovun Bakının Masazır qəsəbəsində, «Şuşa» qaçqın şəhərciyi tərəfdə yerləşən istixanaların arxasında balıqçılıq təsərrüfatı yaratsın.
Həmin istixanalar Çovdarovun arvadının adına olan «Bəhrə-2010» MMC-yə məxsusdur. Kürəkən deyir ki, balıqçılıq təsərrüfatını yaratmaq ideyası da elə həmin istixanaların tikintisi zamanı yaranıb. 2010-cu ildə istixanaların tikintisi başlayanda Çovdarovun kürəkəni, onun iş ortağı Məmməd Cəfərov və keçmiş polis əməkdaşı, «Bəhrə-2010» MMC-nin direktoru Adil Yaqubov «xoş vaxt keçirmək üçün» hər şənbə günü əraziyə yığışırlarmış. Və belə «xoş günlərdən birində» ideya irəli sürülür ki, istixanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaradılsın.
Beləliklə, kürəkən və iş ortağı balıqçılıq təsərrüfatı yaratmaq üçün Masazır bələdiyyəsindən 2 hektar torpaq alıb. Tikinti başlayıb və 2015-ci ildə yekunlaşıb. Bu işə Rövşən Qasımovun və ortağının 500-600 min manat xərci çıxıb. Dediyinə görə pulun 450 min manatını ortağı qoymuşdu. Lakin tikintini yekunlaşdırmaq ərəfəsində baş verən devalvasiya M.Cəfərovun maliyyə vəziyyətini pisləşdirib. O, qərara alıb ki, Çovdarovun kürəkəni ilə birgə biznes layihəsindən çıxsın. Həmçinin xahiş edir ki, balıqçılıq təsərrüfatına qoyduğu pul qaytarılsın.
R.Qasımov isə bu qədər pulu dediyinə görə, birdən qaytarmaq imkanında olmur. Razılaşma əldə olunur ki, pul hissə-hissə qaytarılsın. Generalın kürəkəni əvvəlcə pulu məşğul olduğu taxta alveri ilə qaytarmağa çalışır. Şərtə görə o, Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən (Bu sexin Çovdarova məxsus olduğu haqda məlumatlar var) ayda 5 vaqon taxta gətirib ortağına verməliydi ki, satıb pulunu götürsün. Lakin tikinti biznesi çökdüyündən taxta alveri də zəifləyib. M.Cəfərov isə xahiş edib ki, pulu qaytarmağı tezləşdirsin.
Nəticədə generalın kürəkəni 2015-ci ilin aprelində Sahibkarlığa kömək Milli Fondundan kredit götürə bilmək üçün MMC-ni qaynanasının adına keçirir. Bunu belə əsaslandırır ki, kredit götürə bilmək üçün işləyən müəssisə lazım idi. «Bəhrə-2010» MMC-nin istixanaları isə işə düşmüşdü və «Aqua Agro»nu qayınanasının adına keçirəndən sonra kredit almaqda problem olmayacaqdı.
Bu minvalla balıqçılıq təsərrüfatının yerləşdiyi torpaq sahəsi 2015-ci ilin iyun ayında İbadət Çovdarovanın adına rəsmiləşdirilir. Kürəkən deyir ki, bundan sonra kredit almaq üçün sənədləri hazırlamaqda idi ki, qaynatası həbs olundu. Və o, utandığından kredit üçün Fonda müraciət etmədi. Nəticədə ortağına 57 min manat borcu qaldı.
Çovdarovun R.Qasımovla evli olan qızının adına isə Binəqədidə, «Bolluq» bazarının yanındakı 6 mərtəbəli obyekt var. Həmin tikinti 2016-cı ilin martında yekunlaşıb, ancaq içi təmirsizdir. Birinci mərtəbəsi mağazalar, sonrakı mərtəbələri isə ofislər kimi icarəyə verilməliydi...