vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:41 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 1791 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oliqarx məhkəməyə çıxarılır

«Beynəlxaq Bank əməliyatı»nda həbs olunan sabiq deputat hakim qarşısına çıxır

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, məhkəmə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş qismində Beynəlxalq Bank və «Aqrarkredit Bank» ASC tanınıb. Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Sabiq deputat «Beynəlxaq Bank əməliyatı» zamanı həbs edilən şəxslərdəndir. Bankın İdarə Heyətinin sabiq sədri olmuş Cahangir Hacıyevdən sonra Xəlilov da digərləri ilə birlikdə həbs edilmişdi.

Sabiq deputat mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergi ödəməkdən yayınma kimi cinayətlərdə ittiham olunur.

Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, «Globus Plaza»nın sahibidir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub.

2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus «Şəki Bazar» və «Şəki Ət Kombinatı» ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər «Globus Plaza»nın üçüncü mərtəbəsində yerləşib.

Onu da qeyd edək ki, «Globus Plaza»nın sahibi olan D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat məmimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il «Azərbaycan Beynəlxalq Bankı»nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.