vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
21:15 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Palatadan sərt qərar

40-dan artıq sığorta agentinin lisenziyası ləğv edildi

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatadan verilən məlumata görə, lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə palataya rüblük hesabatların təqdim etməmələri olub.

Belə ki, Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən siyahıda adları qeyd edilmiş şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib və müvafiq məktub göndərilib.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən palata «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və palatanın nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.