vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
17:57 | 27 yanvar 2017 | Cümə Məqaləyə 1433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəti yolverilməzdir»

Piyada cərimələri 100 manata qaldırılır

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 15 günədək inzibati həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilib Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Tahir Kərimli bu qanun layihəsinə etirazını bildirdiyini deyib.

«Belə qanun layihəsi olmaz. Bu biabırçılıqdır. Keçmiş layihədəki nə məntiqə, nə də hüquqa sığan bir cəza idi. Cərimənin qoyulmasının yuxarı-aşağı həddi müzakirə oluna bilər. Düşünürəm ki, hələ bu gün üçün cərimənin qiyməti çox yüksəkdir. Qanuna əsasən inzibati həbs müstəsna hallarda hakim tərəfindən verilə bilər. Burada isə belə müstəsna hallar yoxdu. Yaxşı ki, belə şeylər aradan qaldırıldı. Hər bir halda inzibati həbsin aradan qaldırılmasını müsbət qiymətləndirirəm. Orada fotoşəkillər, videokadrlar ola bilər. Ancaq buna baxmayaraq, hər bir halda subyektiv mülahizədir. Elə anlar ola bilər ki, bunlar mübahisə yarada bilər, qayda pozuntusu var, ya yoxdur».

Deputat bildirib ki, onu narahat edən bəzi təkliflər də olub.

«Bu, həm də digər hüquqpozmalarla bağlıdır. Hətta hakimdən, məhkəmədən kənar orqanların cəza verməsi məsələləri gündəliyə gəlir.  Bəziləri fikir səsləndirirlər ki, hətta polis və digər orqanların da inzibati həbs vermək hüquqları yaransın. Bu qəti yolverilməzdir».