Ötən ili necə bitdi?
2016-cı ilin IV rübü üzrə hesabatların təhlili əsasında bankların təsnifatı
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
Faizlər niyə yüksəkdir?
Kreditə üz tutanların sayı artıb
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Dollar krediti ilə bağlı BÖYÜK sirr
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
-
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
-
“Accessbank”ın böyük yalanı
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
“Tikinti korrupsiyanın içindədir”
“İkinci yerdə banklardır”
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
-
50 gündən sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır
-
Aslanlı cütlüyünün İtaliyan elitarlığı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
-
Palatadakı şərab düşkünü...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
-
6 aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Bunun bankların nə vaxt bağlanması ilə nə əlaqəsi var?
-
Xalqı soyan lombardlar…
… Yaxud qanunsuz bank fəaliyyəti
-
Rəqəmsal bankçılıq strategiyası
“Fominov Konsalting” şirkəti bir sıra iri banklarda ciddi iş aparır
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
IV rübün bitməsindən 1 ay ötdü. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 17-i hesabatı açıqlayıb (açıqlayanlar da qanunvericiliyə zidd olaraq açıqlama tarixini göstərməyib, əksəriyyəti isə hesabatı tam açıqlamayıb). Xatırladıram ki, ötən il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir. Məsələn, hesabatı açıqlayan və guya mənfəətlə işlədiyini bəyan edən elə bank tanıyıram ki, aylarda əmanətləri qaytara bilmir!
Hər bir halda bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Ötən ilin III rübündən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bəyanat verdi ki, banklara sərt göstəriş verilib və bundan sonra hesabatlarını vaxtında açıqlayacaqlar. Düzdür, ötən rüblə müqayisədə hesabatı açıqlayan bankların sayı 10-dan 17-ə çatıb. Amma bu, yenə də o deməkdir ki, Palata indiyədək bütün bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!
Təsnifat 4 qrupdan ibarətdir: 1) hesabatı müntəzəm gizlədənlər, 2) hesabatı ilk dəfə açıqlamayanlar, 3) açıqlanan hesabata əsasən zərərlə işləyənlər; 4) açıqlanan hesabata əsasən mənfəətlə işləyənlər.
I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 12 bank: «Accessbank», «Bank VTB», «Bank BTB», «Dəmirbank», «Günaybank», «Muğanbank», «Naxçıvanbank», «Pakistan Milli Bankı»nın Bakı filialı, «Rabitəbank» və «XalqBank». Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və «AzərTürkbank» da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir. Hər bir halda görünən odur ki, bu iki bankın rəhbərliyi artıq neçənci dəfədir dəyişir, amma hesabatlar açıqlanmır ki, açıqlanmır.
II qrup – hesabatlarını ilk dəfə açıqlamayan 3 bank: «Caspian Development Bank», «YapiKrediBank» və «AFB Bank». Ötən rübün nəticələrinə əsasən vəziyyətləri pis deyildi. Yəqin kəskin pisləşib.
III qrup – açıqlanan hesabata əsasən zərərlə (milyon manatla) işləyən 8 bank:
1. «Turanbank» – 1,4-ə yaxın zərər.
2. «Unibank» – 3-ə yaxın zərər.
3. «Amrahbank» – 8-dən çox zərər.
4. «NBC Bank» – 10,5-dən çox zərər.
5. «Bank Melli İran» Bakı filialı – 30 -a yaxın zərər.
6. «Bank Respublika» – 34-dən çox zərər.
7. «AGBank» – 60-dan çox zərər.
8. «Nikoyl Bank» – 148,5 zərər.
IV qrup – açıqlanan hesabata əsasən xalis mənfəətlə (milyon manatla) işləyən 9 bank (bu mənfəət əsasən devalvasiya hesabına əmələ gəlib):
1. «PaşaBank» – 69-dan çox mənfəət.
2. «KapitalBank» – 52-dan çox mənfəət.
3. «Bank of Baku» – 20-a yaxın mənfəət.
4. «Azərbaycan Sənaye Bankı» – 17-a yaxın mənfəət.
5. «Ziraat Bank» – təxmini 9-dan çox mənfəət.
6. «Bank Silk Way» – 3-dən çox mənfəət.
7. «Bank Avrasiya» – 2-dən çox mənfəət.
8. «AtaBank» – 1-dən çox mənfəət.
9. «Expressbank» – 1-dən çox mənfəət.
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!