vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
23:35 | 3 fevral 2017 | Cümə Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Cənubi Qafqazda təsirini itirəcəkmi?

«Prezident Trampın hələ ki, hər hansı bəyanatını eşitməmişik»

Tərcümə: Yunis ABDULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev və Xarici Siyasət Tədqiqatları İnstitutunun direktoru Veronika Kraşeninnikova bildiriblər ki, prezident Donald Trampın idarəçiliyi altında Amerikanın Cənubi Qafqazda təsiri azalacaq. Səbəbi isə budur ki, yeni dövlət rəhbərinin xarici siyasətdən daha çox ölkənin daxili məsələləri ilə məşğul olacağıdır.

K. Kosaçev deyib: «Tramp administrasiyasının Cənubi Qafqazda gələcək fəaliyyətini müəyyən etmək çox çətindir, lakin hesab etmirəm ki, hazırki administrasiya Cənubi Qafqaza maraq göstərməyəcək.

O, bildirib ki, Trampın prezidentliyi dövründə amerikalılar daha çox daxili məsələlərə diqqət yetirəcəklər: «Cənubi Qafqaz üçün nəyin pis və ya yaxşı olduğunu onları maraqlandırmır».

«ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-la əməkdaşlığımız effektlidir.  Halbuki, biz gördük ki, ABŞ Gürcüstanda zərərli addımlar atdı. ABŞ-ın Gürcüstanı NATO-ya sürükləməsi üçün səmərəsiz ambisiyaları və Cənubi Osetiya və Abxaziya münaqişəsini qızışdırmasının şahidi olduq», - deyə Kosaçev bildirib.

Kosçayev qeyd edib ki, Cənubi Qafqaz ölkələri xaricdən gələn təhlükədən uzaqlaşmaqdan xeyr taparlar.

Rusiya Federasiyası Şurasının Xarici Əlaqələr komitəsinin rəhbəri deyib: «Əgər Cənubi Qafqaz ölkələrinin öz problemlərini həll etmək imkanları olsa, regionda vəziyyət yaxşılığa doğru dəyişəcək. Ancaq, əgər ABŞ Cənubi Qafqaza diqqətini yönəltsə və regionda öz məqsədlərini və vəzifələrini həyata keçirsə, vəziyyət yaxşı olmayacaq».

Veronika Kraşeninnikova yeni administrasiyanın Qafqazla bağlı hər hansı bir proqram hazırlamadığını bildirib.

Xanım Kraşninnikova deyib ki, Cənubi Qafqaz barədə Trampın özü və administrasiyası tərəfindən hər hansı bir mesaj verilməyib. Ancaq başa düşürük ki, Tramp administrasiyasının regionla bağlı məqsədi Obama administrasiyasının siyasəti ilə üst-üstə düşür.

Kraşeninnikova onu da əlavə edib ki, açıq-aydın Prezident Trampın siyasəti daha çox yönəltdiyi biznesinə bənzəyir. O, öz şərtləri çərçivəsində hər kəslə işləmə hazırdır.

Veronika Kraşnikova prezident Trampın İran ilə bağlı siyasətinə də toxunub. Ekspert qeyd edib ki, əgər ABŞ İrana hücum etsə, bu, Cənubi Qafqaza da təsir edəcək. «Yaxın Şərqdə baş verəcək hər hansı müharibə qonşu ölkələrə də toxunur. Prezident Trampın Cənubi Qafqaz haqqında hələ ki, hər hansı bəyanatını eşitməmişik».