Dollara tələbi 3 faktor yaradır
Ekspert: «Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabrdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Dollar müqaviməti qıracaqmı?
Dünya birjaları 108 indeksinə fokuslanıb
-
Bu gün gözlər Almaniyada
Dolların enişini durdura bilən yoxdur
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
FED diqqəti risklərə çəkdi ...
Türk lirəsinin taleyi bu gün həll olunur
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
-
... Amma həftəni Avropa həll edir
ABŞ-da dollarla bağlı qərarlar alındı ...
-
“Şahin” açıqlamalar
FED rəsmilərinin bəyanatları və “DXY”
-
Dollar qəddini düzəldir
FED rəsmilərinin açıqlamaları enişdi durdurdu
-
Avronu nə durdurdu?
Dünyanın aparıcı valyutalarının mübarizəsi güclənib ...
Bir neçə gündür manat dollara nisbətdə bir qədər möhkəmlənib. Bu proses cəmiyyətdə də müəyyən fikirlər formalaşdırıb. İqtisadçı ekspert Vüqar Bayramlı milli valyutanın güclənməsi ilə bağlı fikirlərini bölüşüb: «Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi».
Ekspertin bildirdiyinə görə dollara tələbi əsasən 3 faktor yaradır: «İdxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlaya birlərsə Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər».
Vuqar Bayramlı «dollara tələb necə dəyişəcək?» sualına isə maraqlı cavab verib: «Əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü strukturuna nəzər alsaq fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır. Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır».