vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
20:33 | 10 fevral 2017 | Cümə Məqaləyə 2637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiloqramına 5-10 qəpik

Tütünə və pambığa veriləcək subsidiyalar bilindi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Kənd Təsərrüfatı Nazirliyində (KTN) Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

KTN-dən verilən məlumata görə, iclasda Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında» 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və «Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında» 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamları pambıq və tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub: «Bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir».

Respublika Komissiyasının iclasında pambıq və tütün istehsalçılarına pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi ilə bağlı 2 rayon (şəhər) komissiyasından və Kənd Təsərrüfatı Nazirliyinin 28 rayon(şəhər) idarəsindən daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 24 rayon (şəhər) üzrə 4145 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə  8872,8 min manat və 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, «Kapital Bank» ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

İclasda qeyd olunub ki, rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək  pambıq və tütün istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq və tütünün miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (www.agro.gov.az) «Subsidiyalar» bölməsində yerləşdiriləcək.