vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ENERGETİKA  
14:30 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç bir platforma dayandırılmayacaq»

BP-nin «Azəri-Çıraq»la bağlı açıqlaması

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu il «Azəri-Çıraq-dərinsulu Günəşli» (AÇG) yatağının heç bir platformasının dayandırılması proqramı həyata keçirilməyəcək». Bu barədə AzərTAc-a BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O bildirilib ki, platformaların dayandırılması üzrə planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparıla bilməsi üçün həyata keçirilir. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir.

«Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür. AÇG üzrə 2017-cı ilin illik iş proqramı və büdcəsinə yatağın heç bir platformasının dayandırılması proqramı daxil edilməyib», - deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, ötən ilin sentyabrında AÇG yatağının işlənməsi layihəsinin illik iş proqramının bir hissəsi olaraq «Dərinsulu Günəşli» platformasının və noyabrda isə «Şərqi Azəri» platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.