«Bu məni çox kədərləndirdi»
Musa Yaqub: «Müşfiqin heykəlini sökmək ruhsuz insanların işidir»
G.ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Caviddən sonra Müşfiq
Ermənilərin MK-da oturan rusun qulağına pıçıldadığı adın sahibi dərhal güllələnə bilirdi
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
Yol daşı…
... Yaxud yorğun yolçunun bitməz səfəri
-
“Xaricdən gətirilən dərmanlar …”
Musa Yaqubdan səhhəti ilə bağlı yeni xəbər
-
Xalqı, vətəni sevən şairlər unudulmur
Mikayıl Müşfiq anadan olmasının 110-cu ildönümündə yad edildi
-
Kənddə kino məsələsi
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
-
«Deyirlər ki, köçməsəniz zorla köçürəcəyik…»
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
-
Azərbaycanda halal standartlar necə işləyəcək?
Rəhman Səfərov: «Biz Malaziya və Türkiyə təcrübəsini əsas götürmüşük»
-
«İşçilərin geyimi İslama zidd olmamalıdır»
Halal hotellərə qarşı yeni tələblər
-
O qədər şayiə gəzir ki…
«Azəravtoyol»un buldozerləri «Şanxay»a və daha hara hücum çəkəcək...
-
«Yuğ»da kadr dəyişikliyi
Teatra Mehriban Ələkbərzadə və Rəşad Əhmədzadə rəhbərlik edəcək
-
Günah «Azərsu»da olub
«Azəravtoyol» rəsmisindən çökən yolla bağlı yeni açıqlama: «Yolun dağılmasına səbəb kollektorun dağılması olub»
-
Korrupsionerin QORXMAZlığı Bakını çökdürür...
«Azərsu» 10 ildə dövlətin 5 milyardını selə verib, suda batırdı
-
Turistlər üçün cəlbedici məkan
Ekspertlər, Şamaxı Safari Parkını bioaləmin inkişafı baxımından müsbət qiymətləndirirlər
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
Bu gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin paytaxtın İnşaatçılar prospektində olan heykəlinin sökülməsinə bir sıra ziyalı və tanınmış ictimai xadimlər sərt reaksiya veriblər. Xalq şairi Musa Yaqub virtualaz.org-a bu xəbərdən kədərləndiyini və belə bir şairin heykəlinə sayğısız yanaşanların mütləq cəzalandırılmalı olduğunu deyib:
«Bu məni çox kədərləndirdi. Müşfiq talecə bədbəxt insan idi, amma şair kimi çox xoşbəxt idi. Cəmi 29 il yaşayıb, amma yaratdıqları mahnılarda, könüllərdə yaşayır. Hələ də bir çox insanlar onun şərəfinə uşaqlarına Müşfiq adı qoyurlar. Bu el məhəbbətidir. Belə bir şairin heykəlinə toxunmaq olarmı?
Müşfiqin heykəlini dağıtmaq ruhsuz, duyğusuz, qədirbilməz insanların işidir. Çox təəssüf ki, indi söz, mədəniyyət maddiləşib. Müşfiqin heykəlini dağıtmaqmı olar?! Bunu edənlər mütləq cəzalarını almalıdırlar», - deyə M.Yaqub bildirib.
Qeyd edək ki, M. Müşfiqin heykəli «Azəravtoyol» ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan qoparılaraq götürülüb. Nazirlik bununla bağlı məhkəməyə müraciət edəcəyini desə də, «Azəravtoyol» ASC heykəli yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq anbarda saxladığını və təmirdən sonra bərpa edəcəyini açıqlayıb.