vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
16:54 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 3571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zeynəb Xanlarova niyə susur?!

Mikayıl Müşfiqin şeirlərinə bəstələnən mahnıları oxumaq, şairin abidəsiylə bağlı reaksiya verməkdən asandır

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi «Azəravtoyol» ASC-nin rəhbərliyinin qanunsuz göstərişi əsasında nakam şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, «Statistika dairəsi» adlanan ərazidə yerləşən heykəli sökülüb. İki gündür ki, tanınmış ictimai xadimlər, o cümlədən dünya şöhrətli yazıçı Çingiz Abdullayev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin rəhbəri, heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov və digərləri şairin heykəlinin sökülməsini kəskin pisləyib, bundan hiddətləndiklərini ifadə ediblər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu bu gün jurnalistlərə açıqlamasında bu qanunsuz addıma görə «Azəravtoyol» ASC-nin məsul şəxslərinin cəzalandırılmasını tələb edib.

Müşfiqin heykəlinin sökülməsinə əslən şairlə bir rayondan-Xızıdan olan SSRİ xalq artisti, Milli Məclisin deputatı, müğənni Zeynəb Xanlarovanın da etirazını ifadə edəcəyini gözləyirdik.

Virtualaz.org Zeynəb Xanlarovanın bu hadisəyə münasibətini öyrənə bilmək üçün iki gündür ki, onun özünə, köməkçisinə və sürücüsünə israrlı zənglər edib.

Lakin Zeynəb xanımla əlaqə yaratmaq heç cür mümkün olmayıb, eləcə də onun özünün Müşfiqin heykəlinə qarşı yol verilmiş vandalizm əməlinə münasibətinə başqa mənbələrdə rast gəlinmir. Hansı ki, Zeynəb Xanlarova Müşfiqin şerlərinə yazılmış mahnılara öz repertuarında tez-tez yer verərdi. Bəs indi ona Milli Məclisin deputatı, tanınmış ictimai xadim, görkəmli incəsənət xadimi kimi şairin xatirəsinə qarşı «Azəravtoyol» ASC-nin rəhbərinin göstərişi ilə yol verilmiş bu təhqirə münasibət bildirməyə nə mane olur?