vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
12:41 | 19 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun həbsi barədə yalnız mətbuatdan oxumuşam»

Etibar Məmmədov Vaqif Musayev olayından danışıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Vaqif Musayevlə şəxsi münasibətlərimizdə problem olmayıb, ancaq uzun müddətdir, əlaqə saxlamırıq. Onun hansı məsələ ilə əlaqədar həbs olunduğu bilinmir, mən də məlumatsızam. Həbsi barədə yalnız mətbuatdan oxumuşam». Bu sözləri APA-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov söyləyib.

Vaqif Musayevin ailəsi ilə əlaqə saxlamadığını deyən Etibar Məmmədov onun ailəsinin də həbsin nə ilə əlaqədar olduğunu bilmədiyini qeyd edib. Vaqif Musayevin həbsi ilə bağlı mediada yazılanlara və rəsmi məlumatlara inanıb-inanmadığına gəlincə, AMİP lideri bildirib ki, həbsin nə ilə əlaqədar olduğunu bilmədiyi üçün heç nə deyə bilməz.
Qeyd edək ki, əslən Lənkərandan olan Vaqif Musayev uzun illər ərzində respublika miqyaslı ət kombinatına rəhbərlik edib. O, 1993-cü ildə Ələkram Hümbətov tərəfindən qondarma «Talış Muğan Respublikası»nın «baş naziri» təyin edilməsi ilə də diqqət mərkəzinə gəlib. Daha sonra AMİP-ə üzv olub. O, mediada AMİP-i maliyyələşdirən əsas şəxslərdən biri kimi təqdim olunub. Hətta Vaqif Musayev 2000-ci il parlament seçkilərində gözlənilmədən Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yerdə qərarlaşıb. Partiya funksionerlərinin ciddi etirazlarına baxmayaraq, Etibar Məmmədov Vaqif Musayevlə bağlı qərarını dəyişməyib. Ancaq AMİP parlament seçkilərində 6 faizlik baryeri aşa bilmədiyi üçün deputat mandatı qazanmayıb. 2003-cü ildə AMİP-dən istefa verən Vaqif Musayev 2005-ci ildə deputatlığa namizəd olsa da, yenə də deputat seçilməyib.
Daxili İşlər Nazirliyi Vaqif Musayevin qanunsuz odlu silah gəzdirməsi faktı ilə əlaqədar polis tərəfindən saxlanıldığını açıqlayıb. Bəzi mətbuat orqanları Vaqif Musayevin həbsini Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun yaxın dostu olan, odlu silah gəzdirməsi faktına görə saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevlə əlaqələndirib.