vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
14:53 | 19 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 2054 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

XİN-dən ABŞ səfirliyi ilə bağlı açıqlama

«Qadağa maşının məsuliyyətindən asılı deyil»

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Bakıdakı Səfirliyinin diplomatik nömrə nişanı olan maşınının, Biznes Mərkəzinin qarşısındakı dayanacaqdan götürülərək, cərimə meydançasına aparılması ilə bağlı mətbuatda yayılan xəbərə münasibət bildirilib.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, belə bir maşın evakuasiya olunmayıb. E.Abdullayev bu barədə yazılan xəbərlərin düzgün olmadığını söyləyib. O, məsələ ilə bağlı iki məqama aydınlıq gətirib: «Təbii ki, Azərbaycan tərəfindən belə bir maşın evakuator vasitəsi ilə aparılmayıb. Amma qeyd olunan küçələrdə maşının park edilməsi, maşının məsuliyyətindən asılı olmayaraq qadağandır. Bu qaydalara hər kəs tərəfindən hörmət edilməlidir. Elman Abdullayev Vyana konvensiyasının müvafiq müddəalarına əsasən yerli qanunvericilik və yol qaydalarına hər kəs tərəfindən hörmətlə yanaşılmalı olduğunu qeyd edib.
E.Abdullayev bu barədə Azərbaycan XİN-i ölkəmizdə akreditə olunan nümayəndəliklərə müvafiq məlumatlar təqdim etdiyini söyləyib: «Onlara yol qaydalarına əməl etmələri icazə verilən yerlərdə dayandırılması və icazə verilməyən yerlərdə saxlanılmaması ilə bağlı müxtəlif məlumatlar verilir.