vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
16:38 | 19 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naxçıvanda bahalaşma

Buna səbəb İranın Culfa sərhəd buraxılış məntəqəsində yaratdığı gərginlikdir

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Azərbaycan sərhədində gərginlik bu gün də davam edir. Ağırtonnajlı yük maşınları İran tərəfə buraxılmır, bu səbəbdən də əksər maşınlar yüklərinin yarısını boşaldaraq sərhədi keçiblər.

Ümumi çəkisi 30 tondan artıq olan Azərbaycana məxsus avtomobillər İran tərəfinə buraxılmasa da, qarşı tərəfdən gələn İran avtomobillərinə yük məhdudiyyəti qoyulmur. Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsultanovun verdiyi məlumata görə, Azərbaycan tərəfi beynəlxalq yükdaşıma standartı kimi qəbul olunmuş ümumi çəkisi 40 ton olan yük avtomobillərin maneəsiz keçidini təmin edir. Qarşı tərəfdən gələn iranlı sürücülərdən daşıdıqları yüklərin çəkisini soruşsaq da, onların əksəriyyəti müxtəlif vasitələrlə suallara cavab verməkdən imtina etdilər. Amma 30 tondan yuxarı yük gətirdiyini etiraf edən sürücülərə də rast gəlindi.
Amma cəmi 500 kq artıq yüklə Naxçıvana gedən azərbaycanlı sürücüyə məxsus avtomobil geri qaytarılaraq yükünün azaldılması tələb olundu. Səhər saatlarında 5-ə yaxın avtomobil yüklərin çəkisini azaldaraq qarşı tərəfə keçsələr də, 50-ə yaxın yanacaq daşıyan yük avtomobili hələ də Biləsuvar İran sərhədindədir.
Yanacaqla dolu olan bu yük avtomobillərində olan yüklərin çəkisini azaltmaq mümkün deyil, əgər bu yük avtomobillərində olan yüklərin çəkisi azaldılarsa, o zaman avtomobillərdə xoşagəlməz hadisələrə yol aça biləcək yüksək təzyiq yarana bilər.
Sürücülərin sözlərinə görə, çənlərdəki yanacağın azaldılması avtomobillərdə idarəetməni də xeyli çətinləşdirir.
Ən son məlumatlara görə, Culfa sərhəd buraxılış məntəqəsinin Naxçıvan tərəfində də 300-dən yuxarı yük avtomobillərinin növbəsi yaranıb. Qeyri-rəsmi məlumatlara görə, artıq Naxçıvanda yanacağın qiymətində artım müşahidə olunmağa başlayıb.