vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:38 | 14 aprel 2017 | Cümə Məqaləyə 2245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan 1 milyard dollarlıq təyyarələr alır

ABŞ şirkəti ilə müqavilə imzalandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ABŞ-dan 1 milyard dollarlıq sərnişin təyyarələri alır. Virtualaz.org xəbər verir ki, bununla bağlı «Silk Way Airlines» və «Boeing» korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Məlumata görə, ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada «Farnborough Airshow - 2016» Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Azərbaycanın «Boeing» istehsalı olan 10 yeni və müasir təyyarə alacağı bildirilir. Bu təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub.

Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.