vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
13:08 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1563 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... vizasız gələ biləcəklər»

İslamiadanın işıqlandırılması üçün XİN-də 1000-dən çox jurnalist akkreditasiyadan keçib

MÖVZU İLƏ ƏLAQƏLİ

«İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti akkreditisayadan keçirilib».

«Report»un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev «İslam Həmrəyliyi İli» elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfransda deyib.

O qeyd edib ki, jurnalistlərin 200-ə qədəri ərəb ölkələrini əhatə edir. H.Hacıyev vurğulayıb ki, Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür: "Bilirsiz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər».

XİN sözçüsü qeyd edib ki, bu il Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur: «Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmınalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələri göstəricisidir».