«Xalq çaşıb qalıb...»
Deputat Yevda Abramovdan daha bir sərt çıxış: «Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar»
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanın pul siyasəti
Sentyabr ayında bazarlarda sıx gündəm təqib ediləcək
-
FED faiz qərarını açıqlayacaq
Dollar bahalaşır və neft bahalaşır, qızıl ...
-
Önəmli göstəricilərə böyük maraq
Güclülərə uduzan dollar zəiflərə güc göstərir
-
Neft Fondu və SOCAR narahat deyil
Azərbaycan Türkiyə və İran valyutalarının ucuzlaşmasından nə qazanır, nə itirir?
-
«Tufandan öncəki sakitlik»
Dünya valyuta birjasında günə baxış
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Niyə bağlanmışdı, indi niyə açılır?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
Tələb olunan girovlar rüsum deyil
Kimlər valyuta dəyişməsi məntəqəsinə sahib ola bilər?
-
Deputat açıqladı
Valyutadəyişmə məntəqələri niyə açılır?
-
«Exchange»lər bərpa olunur
Valyutadəyişmə məntəqələri yeni qaydalarla qayıdır
-
Neftin bahalaşması milli valyutaları gücləndirəcək
Manat 9, rubl 7, tenge 4 faiz möhkəmlənib
-
...Manata ziyan olar
Milli valyuta ilə hesablaşmalar...
-
«Kimlərsə valyuta bazarında spekulyasiyalar edir»
Ərdoğan: «Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır»
-
«Əlimizdəki pulu dəyişə bilmirik»
Deputat şikayətləndi: «Ölkədə «qara bazar» tüğyan edir»
Deputat Yevda Abramov Milli Məclisin bugünkü iclasında növbəti dəfə sərt çıxış edib. Modern.az xəbər verir ki, o, çıxışında qeyd edib ki, «Valyuta tənzimi haqqında» qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənlışdirə bilmirş Deputatın fikrincə, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi:
«Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazım idi. Amma hamısını bağladılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi.
Mən qeyd edim ki, babalarımızın, nənələrimizin «sandıq pulu» var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur».