vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
19:09 | 1 sentyabr 2024 | Bazar Məqaləyə 490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın pul siyasəti

Sentyabr ayında bazarlarda sıx gündəm təqib ediləcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazarlar əsas mərkəzi bankların, xüsusilə də ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ay açıqlanacağı faiz qərarlarını və onlara istiqamət verə biləcək mühüm makroiqtisadi məlumatları gözləyir.

Sentyabrın ilk həftəsində ABŞ-ın məşğulluq məlumatları və Kanada Bankının (BoC) faiz qərarı bazarların diqqət mərkəzində olacaq.

Avropa Mərkəzi Bankı (AMB) və Rusiya Mərkəzi Bankı pul siyasəti qərarlarını sentyabrın ikinci həftəsində açıqlayacaq. FED, İngiltərə Bankı (BoE), Yaponiya Bankı (BoJ), Türkiyə Respublikası Mərkəz Bankı (TCMB) və Norveç Mərkəz Bankının faiz qərarları ayın üçüncü həftəsində məlum olacaq.

Bu ayın son həftəsində Avstraliya (RBA) və İsveçrənin (SNB) mərkəzi bankları faiz qərarlarını açıqlayacaqlar.

 

ABŞ

 

ABŞ-da bazarlar 2 sentyabrda Əmək Günü münasibətilə bağlanacaq. FED-in Amerika iqtisadiyyatındakı mövcud vəziyyətlə bağlı qiymətləndirmələri özündə əks etdirən “Bej kitab” hesabatı sentyabrın 4-də ölkədə dərc olunacaq. Həmin gün ABŞ Əmək Departamenti iyul ayı üçün JOLTS vakansiya məlumatlarını açıqlayacaq.

Ölkənin özəl sektorda avqust ayı məşğulluq məlumatları sentyabrın 5-də, kənd təsərrüfatı ilə bağlı olmayan məşğulluq məlumatları isə sentyabrın 6-da ictimaiyyətlə paylaşılacaq.

FED-in buayki faiz endiriminin ölçüsü ilə bağlı ipucları ABŞ-da əmək bazarında yumşalma haqqında məlumat verəcək məşğulluq məlumatlarında axtarılacaq.

Sentyabrın ikinci həftəsində ABŞ-da avqust ayı üzrə istehlak inflyasiyası məlumatları sentyabrın 11-də, istehsalçı inflyasiyası isə sentyabrın 12-də açıqlanacaq.

Sentyabrın 17-də ölkədə avqust ayı üzrə pərakəndə satış və sənaye istehsalı məlumatları açıqlanacaq.

Federal Açıq Bazar Komitəsi (FOMC) sentyabrın 17-18-də iclas keçirəcək. Son iclasında gözləntilər daxilində siyasət faizini yüzdə 5,25-5,50 səviyyəsində sabit saxlayan və bu ay uçot dərəcəsini endirəcəyinə əmin olan FED, 18 sentyabrda faiz qərarı ilə iqtisadi proqnozlarını açıqlayacaq.

ABŞ Ticarət Nazirliyi sentyabrın 26-da ikinci rüb üçün Ümumi Daxili Məhsulun (ÜDM) yekun təxminlərini açıqlayacaq. Sentyabrın 27-də FED-in inflyasiya göstəricisi kimi nəzərə aldığı və qida və enerji maddələrini hesablamadan çıxardığı əsas şəxsi istehlak xərcləri məlumatları dərc olunacaq.

 

Avrozona

 

Avrozonada iyul ayının İstehsalçı Qiymətləri İndeksi (ÜFE) sentyabrın 4-də, pərakəndə satış məlumatları isə sentyabrın 5-də açıqlanacaq.

İkinci rübün böyümə rəqəmləri və bölgədəki məşğulluq məlumatları sentyabrın 6-da açıqlanacaq.

İyun ayında 5 ildən sonra ilk faiz endirimini etdikdən və üç əsas siyasət faizini 25 bənd aşağı saldıqdan sonra iyul ayında faiz dərəcələrini dəyişməz saxlayan ECB, pul siyasəti qərarını sentyabrın 12-də verəcək.

Avrozonada iyul ayı üzrə sənaye istehsalı məlumatları sentyabrın 13-də, avqust üçün İstehlak Qiymətləri İndeksi isə sentyabrın 18-də dərc olunacaq.

 

İngiltərə

 

Böyük Britaniyada iyulun işçi qüvvəsi statistikası sentyabrın 10-da, iyul ayı ÜDM proqnozu və sənaye istehsalı məlumatları isə sentyabrın 11-də açıqlanacaq. Ölkə üzrə avqust ayı istehlak inflyasiyası məlumatları sentyabrın 18-də açıqlanacaq.

Keçən ay gözləntilər daxilində siyasət faizini 25 baza bəndi azaldan və 2020-ci ilin Mart ayından bu yana ilk dəfə faiz dərəcələrini endirən BoE, sentyabrın 19-da pul siyasəti qərarını verəcək.

 

Yaponiya

 

Yaponiyada ikinci rüb üçün ÜDM sentyabrın 9-da dərc olunacaq. Ölkədə avqust ayı istehsalçı inflyasiyası sentyabrın 12-də, sənaye istehsalının iyul ayı üzrə məlumatları isə sentyabrın 13-də açıqlanacaq.

Ölkənin avqust ayı üzrə İstehlak Qiymətləri İndeksi (Consumer Price Index – CPI) məlumatları sentyabrın 19-da açıqlanacaq. İyul ayında siyasət faizini təəccüblü şəkildə yüzdə 0,25-ə yüksəldən BoJ, bu ayın faiz qərarını sentyabrın 20-də açıqlayacaq.

 

Türkiyə

 

Türkiyədə ikinci rüb üçün ÜDM məlumatları bu ayın ilk iş günü dərc olunacaq. Sentyabrın 3-də avqust ayı üzrə istehsalçı və istehlakçı inflyasiyası məlumatları ictimaiyyətlə paylaşılacaq.

Mart ayında Türkiyənin kredit reytinqini “B”dən “B+”a, proqnozunu isə “stabil”dən “müsbət”ə yüksəldən Fitch, Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini sentyabrın 6-da açıqlayacaq.

Sentyabrın 10-da ölkədə iyul ayı üzrə işçi qüvvəsi və sənaye istehsalı məlumatları açıqlanacaq.

Mart ayında keçirdiyi son iclasında siyasət faizini 50 faizə yüksəldən TCMB bu ayın pul siyasəti qərarını sentyabrın 19-da verəcək. Digər əsas bankların qərarları da izləniləcək.

***

İyun ayında siyasət faizini 5-dən 4,75-ə endirərək 4 ildə ilk faiz endirimini edən və iyul ayında faiz dərəcəsini 25 bənd azaldan BoC, yeni faiz qərarını sentyabrın 4-də açıqlayacaq.

Norveç Mərkəzi Bankı pul siyasəti qərarını sentyabrın 19-da, RBA isə sentyabrın 24-də verəcək.

İnkişaf etmiş ölkələrdə faiz dərəcələrini endirən ilk mərkəzi bank olan SNB, faiz qərarını sentyabrın 26-da açıqlayacaq.