vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
10:12 | 17 may 2017 | Çərşənbə Məqaləyə 2256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər üç ölkədə işlər qrafikə uyğun irəliləyir

TAP İtaliyada çimərliyin təmizlənməsi və sahilin qorunmasına 850 min avro yatıracaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlinin qoyulmasının bir ili tamam olur.

«Report» TAP konsorsiumuna istinadən xəbər verir ki, kəmərin keçdiyi üç ölkədə işlər qrafikə uyğun, yolunda və büdcə çərçivəsində icra olunur.

Məlumata görə, ötən müddətdə podratçılar tərəfindən Yunanıstan və Albaniyada boru kəmərinin marşrutunun 371 km-i (təqribən 49 faiz, iki ölkədə ümumi uzunluğu 765 km-dir) təmizlənib, 22,6 faiz borular qaynaqlanıb.

İtaliyada işlər davam etdirilir. Zeytun ağaclarının ilk partiyası müvəqqəti saxlanma yerinə yerləşdirilib, 1,5 km uzunluğundakı mikro-tunelin tikintisi bu ilin sonunda başlaya bilər.

Kəmərin tikintisində istifadə olunacaq 55 min borunun təqribən 68,5 faizi Yunanıstan, Albaniya və İtaliyada qəbul edilib. TAP-ın keçdiyi ölkələrdə 5 200 nəfərdən çox işçi çalışır, onların 85 faizi yerli əhalidir.

TAP konsorsiumu boru kəməri marşrutu boyunca icmalar üçün sosial və ətraf mühit investisiya proqramları həyata keçirib.Yaxın aylarda ümumi dəyəri təqribən 15 milyon avro təşkil edən əlavə 70 layihənin icrasına başlanması nəzərdə tutulur. Ümumilikdə isə Yunanıstan, Albaniya və İtaliyada bu layihələrə 55 milyon avrodan çox sərmayə qoyulacaq.

TAP-ın icraçı direktoru Yan Bredşou deyib ki, layihə üzrə işlərin təxminən 41 faizi icra olunub: «Biz fəaliyyətimizdən məmnunuq. «Şahdəniz-2» üzrə ilk qazın 2020-ci ildə Avropaya çatdırılması planına uyğun irəliləyirik. Məmnuniyyətə qeyd etmək istəyirəm ki, Yunanıstan və Albaniyada təxminən 173 km boru qaynaqlanaraq torpağa döşənib».

O qeyd edib ki, TAP-ın növbəti il üçün iddialı proqramı var. Onun sözlərinə görə, gələn il bu vaxta qədər Yunanıstan və Albaiyada boru kəməri marşrutunun təmizlənməsi və çeşidlənmə işlərinin tamamlanması, təqribən 67 faiz qaynaqlanmış boruların torpağa yerləşdirilməsi planlaşdırılır.

Bu arada, İtaliyanın Apuliya regionunun, Leççe əyalətinin Melendunyo şəhərində 30 km çimərliyin təmizlənməsinə və sahilin erroziyadan qorunmasına 850 min avro investisiya qoyulacaq.

Bu barədə Trans-Adriatik Boru Kəməri layihəsini həyata keçirən TAP konsorsiumu məlumat yayıb. Məlumata görə, boru kəmərinin təməli qoyulandan ötən bir il ərzində işlər qrafikə uyğun olaraq irəliləyib. Boru kəmərinin inşası üzrə işlər 38 faizi tamamlanıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

«Şahdəniz» konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagas» (16 faiz) və «Axpo» (5 faiz) şirkətləri çıxış edir.