
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Ekspertlər siyasəti günahlandırır
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Səhv etmirəmsə, elmə 118 element məlumdur ki, bunların da hamısı Rusiyanın tabeliyində olan torpaqlarda var. Əminəm ki, yaxşı tədqiq etsələr bəlkə də Mendeleyevin cədvəlinə düşməyənlər də o torpaqlarda var.
Amma nə faydası? Heç bir element, heç bir faydalı qazıntı, heç bir qiymətli metal hazırda Rusiyanı xilas etmək gücündə deyil.
Nəinki yeraltı sərvətlər, heç yerüstü ehtiyatlar və ucu-bucağı bilinməyən çöllər də planetin quru səthinin 1/9-ə sahib Rusiyaya kömək edə bilməz.
Hazırkı şəraitdə elə bir güc yoxdur ki, onu xilas etsin. Kimsə “Çin” düşünürsə, 4 səbəbə görə bu mümkün deyil.
1. Çin Rusiyadan götürə bildiyi faydadan 15-17 dəfə artıq Qərbdən faydalanır. 7 dəfə az bəhrəni seçəcək qədər ağılsız deyil.
2. Qərb, ələlxüsus Amerika sanksiyaları ilə üz-üzə gəlmək riskləri ciddidir.
3. Çin bu situasiyanı problemə yox, fürsətə çevirəcək. Qərblə açıq və ya gizli danışıqlar yolu ilə qərbin tərəfində olmağı qarşılığında hansısa dividentlər əldə etmək imkanını qaçırmaz.
4. Lap tutaq ki, Çin Rusiyaya qucaq açdı. Rusiya onun qolları arasına sıxacaqmı? Xeyr! Çin tək başına Rusiyanı idxal-ixracı (qısaca belə yazıram) qarşılamaq potensialında deyil. Hətta bu potensial olmuş olsa belə, bəs hazırda idxal-ixrac əməliyyatları etdiyi ölkələr qarşısında olan öhdəliyi necə olacaq? Dünya nəhəngləri ilə böyük müqavilələri pozacaq qədər ağılsız deyil.
Belarus? Ya Ermənistan? Yoxsa orta Asiya? – Bunların özlərinin gününə 100 dəsmalla ağlayan lazımdır.
İran və Venesuelanın bəxti gətirdi. Pis və daha pis arasında seçim edən Qərb pisi seçib, onun sanksiyasını azaldacaq.
Yaponiya Kuril adalarına görə hələ dişlərini qıcayıb, fürsət gözləyir. (ABŞ ora nüvə silahı atanda ruslar bu adaları zəbt etmişdi). Rusiya ilə 77 ildir ki sülh müqaviləsi bağlamadıqlarını nəzərə olsaq, o tərəfdə də vəziyyət aydındır.
Çin Rusiya ərazisində (Çin sərhədləri yaxınlığında) 7 milyona yaxın çinlinin məskunlaşdırıb. Bu digər bir potensial “çat”dır.
Fitch Ratings Rusiya iqtisadiyyatını “C” səviyyəsinə endirib. Yəni defolt olmağın bir addımlığındadır. Digər proqnozlarda isə aprelin ortalarında defolt (müflis) ehtimalı böyükdür.
Bu proqnozlar həqiqətə çox yaxındır. Ehtiyatların 70 faizdən çoxu bir başa sanksiyada, ölkə də 130 milyard dollardan artıq qızılı satmaq imkanları məhdudlaşdırılıb, ölkəyə idxal-ixrac iflic olunub, əksər malların sonuncu partiya kimi idxalı reallaşdırılır, anbarlarda qalan məhsullar hədsiz dərəcədə baha təklif olunur, artıq bəzi marketlərdə satış limitlə həyata keçirilir, yaxın 6 ay ərzində ölkədə dollar satışına qadağa qoyuldu.
Qadağalar, problemlər, qıtlıqlar ardı ardına gələcək. Bu hələ başlanğıcdır. ŞOU qabaqdadır.