vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
11:59 | 9 yanvar 2019 | Çərşənbə Məqaləyə 2051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Al-əlvan rəngə boyanmış körpü…

Yaxud cəmiyyəti bürüyən fobiyalardan necə qurtulmalı?

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

İş yerini itirmək təhlükəsi, işdən çıxarılmaq problemi – bu bir fobiyadır. Əslində, işdən kənarlarşdırılma, azad edilmə ehtimalı heç kəsdə qorxu, təşviş, səksəkə doğurmamalıdır. Çünki bu hər birimiz üçün daha yaxşı məşğulluq, yeni iş tapmaq naminə bir tramplin rolu oynaya bilər. İnsanlar rahat olmalıdırlar. Normal həyatda, normal cəmiyyətdə bu maneələr psixoloji gərginlik yaratmamalıdır. Heç bir vətəndaş alternativ iş məkanı tapmaqda çətinlik çəkməməlidir.

Fəqət, bizdə necədir?

İşdən azad olunma dünyanın sonu anlamına gəlir. İş yerini itirmək əsl faciə kimi qarşılanır. İnsan çıxış yolunu intiharda, özünə qəsddə tapır.

Qızların ailə qura bilməmək həyəcanı, gənc qadınların ərə getməmək, evdə qarıyıb qalma fobiyası. Təşviş, həyəcan birbaşa ürəyə, beyinə, damarlara nüfuz edir. Qorxu hissi birbaşa cəmiyyətdən, ailədən, qonum-qonşudan, qohum-əqrəbadan, tənədən, rişxənddən. Istehzalı təbəssümdən yaranır.

20 yaşdan sonra qızın subay qalması bir çox ailələr üçün, ən əsası da həmin qızın özü üçün dünyanın sonudur.

“Vaxtında ərə getməmək” qorxusu gənc qadın üçün sanki, ölüm-dirim, olum-qalım məsələsinə çevrilir. Qadın çıxış yolunu intiharda, özünə qəsddə tapır.

Övladlar bəlli bir yaşa çatırlar, yeni bir həyat mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Onların bərkə-boşa düşməyən həssas psixologiyaları,  “İti görüm, qurdu görüm diplomsuz övlad görməyim”, “Kəsilsən küçəyə necə çıxacaqsan?!” ,“Əsgər gedərsən ağlın başına gələr” və sair təzyiqlərlə, aqressiv sözlərlə, qürura, mənliyə toxunan kəskin ifadələrlə üz-üzədir.

Ali məktəbə qəbul ola bilməyən gənc üçün bu ölüm-dirim mərhələsinə, faciəyə çevrilir. Sanki dünyanın sonudur, qiyamət günüdür. Sanki hər şey bitir və bundan o tərəfi isə yoxdur. Yenə də nəticə acı sonluğa aparır - intihar, özünə qəsd.

Skandinaviya şəhərlərinin birində adi, boz rəngli körpü intiharların başvermə məkanı kimi bədnam ad çıxarır. Problemlərlə, əzablarla, itkilərlə yüklənmiş insanlar, materiyanın “həyat” adlı mövcudolma formasından bezənlər oraya çıxıb özlərini dibsiz girdaba buraxırlar. Ölənlərin sayı günü-gündən artır. İctimai mühitdə həyəcan təbili çalınır.

Şəhər meriyası müxtəlif ekspertləri, psixoloq və sosioloqları yığıb  iclas keçirir və problemin aradan qaldırılması üçün onlardan kömək istəyir. Bu zaman, bir arxitektor qeyri-adi təklif irəli sürür: “Gəlin körpünü al-əlvan rənglərlə boyayaq”.

Belə də edirlər və nəticə heyrət doğurur. Ölüm, intihar hadisələri kəskin şəkildə azalır.  

Bəlkə biz də bu psixoloji üsuldan istifadə edək, binaları küçələri, yolları, prospektləri, ən əsası da daxilimizi, fikirlərimizi rəngarəng çalarlara bürüyək!? Onsuz da, geyim və libaslarımızdan tutmuş,  gündəlik əhval - ruhiyyəmizə qədər hər şey ala-bula, boz-qara rəngdədir.

Amma,  hər şeydən də əvvəl, hadisələrin kökündə dayanan problemləri yox etmək lazımdır.

Vüsal BAĞIRLI

 


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)