vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
12:22 | 31 yanvar 2019 | Cümə axşamı Məqaləyə 3175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ona qayıtmalı olacaqsan”

“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil

Erkin QƏDİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, 31 yanvar, M.Ə.Rəsulzadənin doğum günüdür.

Bu gün biz bu adamı tanıtdırmağın gərəkli olmadığının rahatlığını yaşayırıq. Hərçənd, cəmi 30 il və təbii ki ondan daha öncə, M.Ə.Rəsulzadəni, sözün hərfi anlamında, tanımırdıq. Ən yaxşı halda, adını eşitmişdik. Öz məktəb illərimi yaxşı xatırlayıram: M.Ə.Rəsulzadəni bizə ancaq mənfi, özü də Sovetlərin mənfi saydığı (“istismarçı-burjua sinfinin təmsilçisi”, “millətçi”, “Britaniyanın agenti”, və s.) anlamda göstərirdilər. Rəsulzadə bir yana, hətta Cəfər Cabbarlı kimi adamın “xırda-burjua, cığırdaş şair” kimi təqdim olunduğu dönəmlər olub.

M.Ə.Rəsulzadəni bu gün hər kəs anlamasa da, hamı tanıyır. Onun ideyalarına uyğunlaşa bilməyən indiki hökumət belə, onun adıyla hesablaşmalı olur. Tarix belədir – nəsə oldusa, var olaraq qalacaq. Mən ölümdən sonra həyata inanıram. Amma mənim inancım dini deyil. Mənim inandığım “ölümdənsonrakı həyat” nə cənnətdir, nə də cəhənnəm. Ölümdən sonrakı həyat – insanların yaddaşındadır. Sağlığımızda nəylə yadda qalacağısa, ölümümüzdən sonra da elə yaşayacağıq – insanların yaddaşında.

M.Ə.Rəsulzadə çoxdan ölüb, amma yaşayır – onun qurduğu millətin yaddaşında. Yaddaşımızı zorlayanlar çox oldu, bu gün də elələri var. Amma M.Ə. Rəsulzadəylə bağlı yaddaşa qarşı qəsdlərin heç birisi uğurlu ola bilmədi, çünki yaddaşın bir önəmli özəlliyi vardır – heç kəs qəsdən unuda bilmir.

M.Ə.Rəsulzadə Cümhuriyyəti düşünəndə, onu qurmağa girişəndə, bizim toplum siyasi olmayıb, siyasi düşünməyib. Ölkədə içəridən strukturlaşmış maraq çevrələri və onların maraqlarını ifadə edə, eləcə də qoruya biləcək qruplar yox idi. Siyasət maraqların deyil, söhbətlərin üzərində qurulurdu: sağ – sol, dindarlıq – dünyəvilik, İran – Turan -Rusiya (+ Avropa). “Maraqsız” siyasət idi, dünyada və bölgədə gedən proseslərdən doğmuş söhbətlərdən ibarət idi. M.Ə.Rəsulzadənin açdığı söhbət qalib gələ bildi. Sonradan o söhbəti başqa söhbətlərlə əvəzləməyə çalışsalar da, M.Ə.Rəsulzadənin söhbəti ölmədi.

Cümhuriyyətimizin 100-illiyində biz, toplum olaraq, yenidən “maraqsız” siyasət dönəmindəyik. Bizdəki siyasət ancaq söhbətlərdən ibarətdir. İçəridən strukturlaşmış maraq çevrələrinin olmadığına görə, onları ifadə edə, eləcə də qoruya biləcək siyasi qruplar da yoxdur. Ona görə də biz yenə köhnə söhbətlərə qayıtmalı oluruq: sağ – sol, dindarlıq – dünyəvilik, İran – Turan – Rusiya (+ Avropa). Bu söhbətlərin içində “M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil.

Bugünkü Azərbaycanda başqa bir hekayənin (söhbətin) özünə yer edə bilməsi obyektiv səbəblərdən mümkün olmayacaq. Nə düşünürsən düşün, M.Ə.Rəsulzadəyə qayıtmalı olacaqsan. Haraya gedirsən get, Musavatın yoluyla getməli olacaqsan. Buna “keçilmiş yoldan asılılıq” deyilir. M.Ə.Rəsulzadəyə doğru irəli!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)