
Cümhuriyyətin Ana Yasa arzusu
Konstitusiya iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi
Konstitusiya iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi
23 aylıq Cümhuriyyətin 104 yaşı
Rəsulzadə Ankarada bütün türk dünyasından olan mühacirlərə sözü keçən şəxs idi
Bəs Lenin niyə məhz bundan istifadə etdi?
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
Barelyef qalmaqalına sözardı
«Azərbaycan cümhuriyyətinin istiqlalını bütün düynaya elan etdik»
Məhəmməd Əmin Rəsulzadənin «Qafqasiya türkləri» əsəri
Rəsulzadə ailəsinin qan donduran həyat hekayəti
«Həmişə Bakıya qayıtmaq istəmişəm»
Bu fotodakı şəxsi yaşlı və orta nəsil yəqin ki tanıdı. Azərbaycan SSR xalq artisti Həsənağa Salayevdir. Aktyoru “Görüş”, “Onu bağışlamaq olarımı?” filmlərindəki obrazları yaddaşlarda qalıb.
Həsənağa Salayev sovet teatrında pafos və romantizm dövrünün sonuncu mogikanlarından sayılır. Onu sovet dövrünün ənənəvi aktyor nəslindən hesab edilsə də barəsində indi oxuyacaqlarınız sizi heyrətləndirəcək.
Həsənağa müəllim milli adam imiş...
Hələ 50-ci illərdə Məhəmməd Əmin Rəsulzadədən danışmaq, Azərbaycanın hökmən müstəqil olacağını demək heyrətamiz idi.
Bəxtiyar Vahabzadə xatirələrində yazır ki, “Gülüstan” poemasına görə, təqiblərə məruz qalanda, evdə məhkum olunanda hər gün naməlum adam tərəfindən qapısının ağzına ərzaqla dolu zənbil qoyulduğunu görür. Bunun kim olduğunu illər sonra təsadüfən öyrənir. Bu, Həsənağa Salayev imiş...
Onun həyat yoldaşı Sərvət xanımın xatırlayırdı ki, Həsənağa arabir kefi saz olanda müstəqil dövlətçilik ideyalarından, Məmməd Əmin Rəsulzadədən söz açırdı... Nə vaxtsa sovet hökumətinin dağılacağını söyləyirdi. Bu sözləri xülya kimi qəbul edirdilər.
Ömrünün ən parlaq dövründə, 54 yaşında Həsənağa Salayevi iflic vurub. Yataq xəstəsi olub. Hamı onu unudub.
Xəstə yatarkən onu ovundurmaq istəyən həyat yoldaşının: “Həsənağa bəs deyirdin sovet hökuməti dağılacaq, bəs niyə dağılmır?” sualına “O günü mən görməsəm də, sən görəcəksən Sərvət! Məzarım üstünə gəlib mənə də xəbər verərsən!” deyibmiş...
Həsənağa Salayev 1981-ci ildə vəfat edib.
Ailəsinin taleyi faciəli olub. İki oğlu olub. Böyük oğlu Dəryanur Salayev 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Şuşanın müdafiə batalyonunda döyüşüb. 1992-ci ilin fevralında Şuşanın hərbi komendantı olan Rəhim Qazıyevə sui-qəsd hücumu zamanı həlak olub.
İkinci oğlu 2011-ci ildə vəfat edib. Həyat yoldaşı Sərvət xanım isə ömrünün son illərini ağır şəraitdə, kirayə mənzillərdə keçirib. 2020-ci ildə vəfat edib.
Belə...Sənətkarın ailə dramı həqiqətən kədərlidir.
Bir məqamı da yazım: “Dəli Kür” filmində Cahandar ağa roluna Həsənağa Salayev təsdiq olunubmuş. Səhhətinə görə, çəkilməkdən imtina edib. Ələddin Abbasovun çəkilməsini təklif edib. Həsənağa müəllim isə filmdə Cahandar ağanı səsləndirib.
Aktyoru yaşadan onun obrazları olur. Həsənağa Salayev həm sənəti, həm də ömrü ilə yaddaşlarda izini qoyub.