vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
00:27 | 23 iyul 2020 | Cümə axşamı Məqaləyə 12703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olduğu kimi yola davam

Niyə sənin yerinə kimsə kamikadze olsun?

Səxavət MƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Günortaya qədər oxucular jurnalistlərə atmaca atdı. Günortadan sonra, daha dəqiq desək mükafatlandırmadan sonra media əhli bir-birinə atmaca tulladı. Mən də özümü axşama saxladım.

Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyət nədirsə, mətbuatı da odur. Jurnalistlər başqa planetdən gəlməyiblər ha. Sən necə qorxaqsansa, jurnalistin də elə ürkəkdir, sən necə pulgirsənsə, jurnalistin də qapı-qapı gəzəndir, sən necə haqqını tələb edə bilmirsənsə, jurnalist də o qədər haqdan, ədalətdən dəm vurandır. Ölkədə neçə faiz insan hüququn bilir, haqsızlığa səsin ucaldır? Başını yorma, fikirləşmə, tapacağın faiz qədər də jurnalistin olacaq. Amerikada, Avropada jurnalist demə, anında o cəmiyyətə də bir bax. Jurnalist obyektiv, vicdanlı olmalıdır deyirsən, yaxşı, sən nə qədər düzgün həkimsən, müəllimsən, tacirsən? Direktor pul tələb edəndə səsini çıxara bilirsən? Niyə sənin yerinə kimsə kamikadze olsun? Çəkidə kəf gəl, ucuz al, baha sat, sonra gəl ki, jurnalist elə olsun, belə olsun. Sən nə qədər tülküsənsə, jurnalistin də o qədər afiristdir.

Deyir, ölkədə ancaq yaltaqlıq edənlər irəli gedir. Elədirsə, fakt elədir, jurnalistin də yaltağının irəli getməsi qədər doğal nə ola bilər?

Baxırsan, siyasi təşkilat, partiya mənsubiyyəti var. Deyir, jurnalistlər satılıb. Ölkədə ən çox "satılıb" sözü siyasi partiya sədrləri haqqında deyilmir sanki. Bəzən əl də dəyişdirir.

Yaxşı-pis, vicdanlı-vicdansız, şərəfli-şərəfsiz hər sahədə var.

Kifayət qədər sözün deyən, haqsızlığa dözməyən, dəlioğlanlıq edən jurnalistlər də var. Bəs onların həyatından, yaşayışından, şəraitindən xəbəriniz var? Razıyam, jurnalistə ev verilməməlidir! Bəzi həmkarlar da deyir, mətbuata elə şərait yaradılmalıdır ki, jurnalist özü qazanıb, özü evini alsın. Bu təkcə mətbuat üçün yox, bütün sahələrə şamil edilməldir.

Elə bilirsiniz mətbuatın içində vəziyyət yaxşıdır? Sizi inandırım ki, bəlkə də ən çox haqqı tapdanan, təzyiqlərə məruz qalan, əməyinin haqqı verilməyənlər elə məhz jurnalistlərdir.

Medal, mükafat, ad-san verildi. Bir-iki nəfər soruşur ki, niyə ona da verilmədi? Qardaşım, əməkdarından tutmuş, fəxrisinə qədər müraciət əsasındadır. Təsəvvür elə, müraciət edirsən ki, mənə əməkdar adı ver. Əməkdar nədir, eləsi var xalq artisti nominasiyası olsa, ona da müraciət edər.

Şəxsən öz adıma deyirəm, olduğu kimi yola davam. Təbrik edənlərə, mesaj yazanlara təşəkkür edirəm!

Başlayanda guya bir-iki yerə söz atacaqdım...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)