«Turistlər Azərbaycana ona görə gəlirlər ki...»
DTX rəisi: «Bunun özü artıq bizim üçün qələbədir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
Kəşfiyyat-pozuculuq
İran Azərbaycana qarşı iş aparır
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
DTX polkovniklə bağlı araşdırma aparır
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
-
Naxçıvan gömrüyündə əməliyyat
DTX istintaq aparır, həbslər var
-
İrana səfər etməyin!
Qondarma ittihamla həbs edə bilərlər ...
-
Bataqlıq böyüyür ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
-
Casusların yazışmaları istənilib
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
-
İranın daha bir casus şəbəkəsi ifşa olunub
DTX rəsmi açıqlama yaydı
-
Kameralar da izlənilirdi
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
-
Düşmən özü tələyə düşdü
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
-
Telefon rabitəsi, bank sistemi işləmədi
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
-
Generalın ən yüksək mükafatı...
Onu müharibə tanıtdı, yoxsa?...
«Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan bir gün dünyaya Günəş kimi saçacaq. Bax bu gün biz bunun şahidi oluruq».
APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
M.Quliyev Azərbaycana turist axınını buna misal göstərib: «Turistlər hər hansı narahatlıq olan, təhlükəsiz sayılmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir. Bugünkü gənclər artıq 10-15 il əvvəlki deyillər. Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir.
Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünyaya nümunədir. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir. İslam Həmrəyliyi Oyunları Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir. Bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər. Ancaq əsas məqam odur ki, belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilir. Bunun özü artıq Azərbaycan üçün bir qələbədir».